- Manşet, Mədəniyyət, Xəbərlər

Entoni Hopkins ən yaxşı kişi roluna görə “Oskar”a layiq görülüb

Məşhur Britaniya aktyoru Entoni Hopkins “Oskar” mükafatının ən yaşlı sahibi olub.

“Report” xəbər verir ki, o, rejissor Florian Zellerin “Ata” (“The Father”, 2020) dram filmindəki roluna görə “Ən yaxşı kişi rolu” kateqoriyası üzrə mükafata layiq görülüb.

Los-Ancelesdə ABŞ kino akademiyasının mükafatının verilməsi mərasiminin translyasiyasını ABC telekanalı aparıb.

Qeyd edək ki, bu, aktyorun həmin filmə görə ikinci mükafatıdır. Aprelin 11-də Entoni Hopkins “Ata” filmindəki roluna görə “Ən yaxşı kişi rolu” nominasiyası üzrə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.

“Oskar”a bu kateqoriyada həmçinin Hari Oldman (“Mank”), Riz Ahmed (“Metalın Səsi”), Stiven En (“Minari”) və Çedvik Bouzman mükafata iddialı olublar.