- Cəmiyyət

Ərəb Liqası və İƏT İsrail parlamentinin qərarını pisləyib

Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı İsrail parlamentinin İordan çayının qərb sahili üzərində İsrailin suverenliyinin tanınması ilə bağlı qəbul etdiyi qərarı qınayıb.

APA “Al-Arabiyya” qəzetinə istinadən xəbər verir ki, bundan başqa Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, İndoneziya, İordaniya, Nigeriya, Fələstin, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri də İsrail Knessetinin qərarını pisləyib.
Qeyd edək ki, İsrail parlamentinin 70-dən çox üzvü hökuməti İsraili İordan çayının qərb sahili üzərində suverenliyinin bərqərar edilməsinə çağırış edən qərar qəbul edib.