- Mədəniyyət

Erik Klaptonun yeni albomu işıq üzü görəcək

Tanınmış bluz-rok ifaçısı Erik Klaptonun “The Lady In The Balcony: Lockdown sessions” adlı yeni albomu noyabrın 12-də işıq üzü görəcək.

AZƏRTAC guitar.com saytına istinadla xəbər verir ki, albomda Klaptonun qrup yoldaşları Natan İst (bass gitara-vokal), Stiv Qədd (zərb alətləri) və Kris Steynton (klaviş) çıxış edirlər. Albomun prodüseri Rass Titelmandır.

Seanslar CD və DVD şəklində, audioversiyası isə sarı vinil üzlüklü 2lp formatında yayımlanacaq.