Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair
HESABATI
Bakı – 2020
Mündəricat
Azərbaycanın vandalizmə uğradılan tarix və mədəniyyət abidələri haqqında ümumi məlumat. ………………………………………………………………………….. 3
İslam dini abidələrinin məhv etmək, Ermənistanın Dövlət siyasətinin tərkib hissəsidir ………………………………………………………………………………………6
Əzəli görkəmindən məhrum edilən memarlıq abidələri………………………29
Erməni vandalizminə uğramış arxeoloji abidələr………………………………..50
Erməni vandalizminə uğradılmış bağ-park, monumental qurğular və xatirə abidələri…………………………………………………………………………………………61
Azərbaycanın işğal altındakı ərazilərindən oğurlanıb Ermənistana aparılmış muzey eksponatları və digər mədəni irs nümunələri……………………………65
Ermənistan işğal altında saxladığı ərazilərdəki şəhər və kəndlərin adları dəyişdirilmişdi………………………………………………………………………………..69
İşğal dövrü Azərbaycan ərazilərində inşa edilən erməni xaç rəmzləri…..73
Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz inşa edilən erməni kilsələri.78
2020-ci ildə Ermənistan Silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkmiş dini abidələrimiz……………………………………………………………………………….. ..88
İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə dəymiş zərərlərin qiymətləndirilməsi……………………………………………………………………………..90
Ermənistanın vandal hərəkətləri, beynəlxalq hüquqazidd əməl kimi dəyərləndirilməlidir. ……………………………………………………………..95
Təkliflər ………………………………………………………………………………………….98
Azərbaycanın vandalizmə uğradılan tarix və mədəniyyət abidələri haqqında ümumi məlumat.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edir. Bu müharibə cinayətidir.
Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə Ermənistanın qeyri-qanuni iddiasının məqsədi işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaqdır. Məhz buna görə də Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrinin və digər kateqoriyadan olan daşınar mədəni irs nümunələrinin dağıdaraq yox edilməsi və mənimsənilmə kimi qeyri-qanuni fəaliyyət həyata keçirir.
Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət nəticəsində 10 mindən çox yer adları, daşınmaz tarix və mədəniyyət abidələrinin adları və yüzlərlə toponimlər dəyişdirilərək, erməni adları ilə əvəz edilmişdir.
Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlər xarabalığa çevrilmiş, çoxlu sayda erməni kilsələri inşa edilmişdir. Eləcə də, Azərbaycanın işğal altındakı bütün ərazilərində yüzlərlə erməni xaç nişanları quraşdırılmış, tanınmış erməni terrorçularının xatirəsinə memorial komplekslər tikilmişdir.
Ermənistanın hərbi təcavüzü nəticəsində 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey, 102 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000-dən çox vətəndaşların şəxsi kolleksiyalarına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) dağıdılmış, məhv edilmiş və ya mənimsənilmişdir.
Azərbaycanın 12 dekabr 2000-ci il tarixdən qoşulduğu, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyası Azərbaycanın işğal altındakı ərazilərində mədəni sərvətlərin qorunmasına geniş şərait yarada bilər. Belə ki, Azərbaycanın işğal altındakı mədəni irsinin toxunulmazlığının təmin edilməsi, beynəlxalq konvensiyalardan irəli gələn tövsiyələr vasitəsi ilə beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilməlidir.
1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var. Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq” barəsində razılığa gəliblər. 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirmişdir. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.
Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasında təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Haaqa konvensiyasında, konvensiyanın tətbiq edilməsi qaydalarını müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilmişdir.
21 dekabr 2012-ci il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilmişdir. Qərarda işğalçı ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və bu ərazilərə texniki missiyaların göndərilməsi imkanları əks olunmuşdur.
18-19 dekabr 2013-cü il tarixində Parisdə keçirilən YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci Sessiyasında qəbul edilmiş digər sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il
Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onların həyata keçirilməsi mexanizmləri, monitorinq məqsədilə YUNESKO tərəfindən texniki missiyaların göndərilməsi, YUNESKO-nun Baş Direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisində qəbul olunacaq qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması və s. öz əksini tapmışdır.
Ermənistan Respublikası tərəfindən Azərbaycanın mədəni irsinə qarşı törədilmiş cinayət əməllərinin, eləcə də abidələrə dəymiş zərərlərin qiymətləndirilməsinin aparılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının 10 aprel 1998-ci il tarixli 470-IQ nömrəli Qanununa, “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların qiymətləndirilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s nömrəli sərəncamına, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına və 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul etdiyi sənədlərə və digər normativ aktlara uyğun həyata keçirilməlidir.
Beləki, ermənilər işğalda saxladıqları Azərbaycan ərazilərindən qarət etdikləri daşınan tarix və mədəniyyət abidələrini mənimsəyərək onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bir qismini isə İrəvan şəhərinin müxtəlif müəsisələrində saxlayırlar. Buna;
1993-cü ildə Laçın tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası Londondakı “Sothebychr(“39″)s” auksionunda 80.000 ABŞ dollarına satılıb.
1998-ci ildə bir yazılı daş nümunəsi erməni etnoqraflar tərəfindən İrəvan şəhərinə aparılaraq Matadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanır.
1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında Azərbaycandan qarət edilib aparılan xalçaların satışa çıxarılmıldığını,
63 məscid tamamilə dağıdılmış, 4 məscid isə sökülərək tanınmaz hala salınmışdır.
71 türbə, 500 qbristanlıq dağıdıldığını,
136678 daşınan mədəni-irs nümunələri, o cümlədən muzey eksponatların ermənilər tərəfindən mənimsənildiyini,
7000 memarlıq abidəsi baxımsızlıqdan uçulmaq təhlükəsi qarşısında qaldığını,
Xocavənd rayonundakı Amaras məbədi, Şuşa şəhərindəki Saatlı məscidi, Kəlbəcər rayonundakı Gəncəsər məbədi, Laçın rayonundakı Ağoğlan məbədi və Soltan Əhməd sarayı və digərləri qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıların silindiyini,
1161 Arxeoloji abidələr üzərində qeyri-qanuni qazıntılar aparıldığını,
Azərbaycanın işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətə yol verilərək, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa Füzulu yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində 1, Ağdərədə 2, Martuni qəsəbəsində 1, Hadrud rayonunda 3, yeni erməni kilsəsi inşa edildiyini, misal göstərmək olar.
Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti qanunla yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan, Azərbaycanın daşınan mədəni dəyərləri Ermənistan Hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir.