- Cəmiyyət, Manşet

Ermənistan parlamentində kütləvi dava baş verib, deputatlar bir-birinə butulka atıb

Ermənistan parlamentinin bugünkü iclasında kütləvi dava baş verib, deputatlar bir-birinə butulka atıblar.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, insidentə səbəb “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Ayk Sarkisyanın çıxışında sabiq müdafiə naziri Seyran Ohanyanı “vətən xaini” adlandırması olub.

A. Sarkisyanın bu sözündən sonra parlamentdə dava düşüb.