Qarabağdakı erməni müğənnilərdən biri – Lusine Martirosyan Misirdə separatçı-terrorçu rejimin əski parçasının fonunda konsert proqramıyla çıxış edib.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Məlumata görə, separatçı erməni rejimi mənsubunun konserti Qırmızı dəniz sahilindəki məşhur turizm mərkəzlərindən olan Xurqada şəhərində keçirilib.
““Artsax” mahnısını böyük ekranda göstərilən Artsax “bayrağı”nın fonunda oxuyanda, üçrəngli “bayrağımız” hamının gözü qarşısında göstəriləndə çox qürur duydum”- deyə L. Martirosyan bildirib.