İslam dini abidələrinin məhv etmək, Ermənistanın Dövlət siyasətinin tərkib hissəsidir.
Ərazisinin 20% erməni təcavüzünə məruz qalan Azərbaycanın milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folklorunu, toponimlərini, eləcədə tarixi əsərləri, yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərən Ermənistan Respublikası, işğal altında saxladığı Azərbaycanın bütün milli mədəni dəyərlərini planlı və sistemli bir şəkildə məhv edilməsini həyata keçirir.
Erməni işğalı altında olan Azərbaycan ərazilərinin mənimsənilməsi üçün mədəni irs nümunələrinin məhv edilməsi erməni din xadimlərinin və Ermənistan Hökumətinin Dövlət siyasətinin əsasını təşkil edir. Ermənistanın bu fəaliyyəti isə beynəlxalq hüquqda vandalizm aktı hesab olunur.
Müasir zamanlarda da davam edən rəsmi vandalizm, Ermənistan tərəfindən işğal altında saxlanan Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində azərbaycan xalqına məxsus islam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbristanlıqlar və s.) dağıdır, tamamilə məhv edir, vandalizmə uğradırlar. Beləki, Ermənistan hökuməti, öz işğalı altında saxladığı Azərbaycan ərazilərini məcburi şəkildə erməniləşdirməklə, bu torpaqları mənimsəməyə burada yeni bir dövlət qurmağa çalışır. Halbuki bu ərazilərdə tarixən erməni dövləti olmamışdır. Bu ərazilərdə erməni dövlətinin olmamasını təsdiq edən erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə “Ermənistan və ermənilər” əsərində yazırdı: “Ermənilərin dövlətləri olmayıb. Onlarda vətən hissi, vətənə bağlılıq siyasəti yoxdur. Erməni təəsübkeşliyi yalnız yaşadıqlar yerlərlə bağlıdır”.
Heç bir tarixi dövlətçilik ənənəsi olmayan bir xalqın nümayəndələrinin, XIX əsrin sonlarından Rusiya dövləti tərəfindən məskunlaşdırıldıqları Qarabağda və onun ətraf ərazilərində mövcud olan VIII-IX, XIII-XVI, XVII-XX əsrlərə aid olan məscid memarlığını məhv edərək bu torpaqlarda dövlət yaratmaq istəyi heç bir qanuna və insanlığa sığmayan hadisədir.
Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 72 müsəlman məscidi və 140 inanc yerləri və ziyərəfgahlar olmuşdur. (Şuşada 17 məhəllə məscidi, Ağdamda 5 məscid, 18 inanc yeri və ziyərətgah, Füzulidə 17 məscid, 20 inanc yeri və ziyərətgah, Zəngilanda 12 məscid, 19 inanc yeri və ziyərətgah, Cəbrayılda 5 məscid, 37 inanc yeri və ziyərətgah,, Qubadlıda 8 məscid 20 inanc yeri və ziyərətgah, Laçında 9 məscid 21 inanc yeri və ziyərətgah, Kəlbəcərdə 2 məscid, 5 inanc yeri və ziyərətgah olmuşdur.
1992-ci ildən Ermənistan Respublikasının işğalı altındakı 210 məscid və digər inanc yeri və ziyərətgahlardan yalnız 4 məscid və bir neçə türbə dağıdılsalarda hələlik formalarını saxladıqlarını, qalan 200-ə yaxın abidənin isə ermənilər tərəfindən tamamilə dağıdılaraq tarixə qovuşdurulduğunun şahidi oluruq.
Ağdam cümə məscidi.
Ağdamın cümə məscidi 1868–1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaltmışdır. Ağdam cümə məscidinin ibadət otağında planının əsasını ortasında dörd sütun olan ənənəvi dördkünc ərazi təşkil edir. Ərazinin şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası ibadət yerinin sahəsini genişləndirib onu düzbucaqlı etmişdir.
İbadət otağının cənub divarının ortasında uca mehrab taxçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. İbadət otağı yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır.
İbadət otağının interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli mehrab tağçasının üzərindəki
Ağdam cümə məscidi işğaldan əvvəl və sonra
kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilmiş, açıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilmişdir. Şimal fasadın künclərində qurulan minarələr məscidin
simmetrik plan quruluşunu tamamlamaqla ona bütövlükdə dördkünc görkəm vermişdir.
Yandırıldıqdan sonra məscidin minarəsinin daxili görünüşü
Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. İç yerləşgələri günbəz, tağ və tağbəndlərlə örtülü olan məscidin daşdan tikilmiş kubik tutumu Qarabağ
zonası üçün ənənəvi olan dördenişli bütöv çardaqla örtülmüşdür. Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənmişdir.
Ağdam məscidi ermənilər tərəfindən işğal edildiyi dövrdə çox ciddi dağıntılara məruz qalmışdır. Bu məscid erməni işğalından bir ay sonra üzərinə benzin tökdürülərək yandırıldı. Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verildiyi barədə erməni mətbuatından məlumatlar əldə edilmişdir.
Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və
yardımçı otaqları uçurdulmuş, dağıdılmış və tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və
yumuşaq avadanlıqları qarət edilərək Ermənistana daşınmışdır.
Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılmışdır. Ermənilər 10 ildən çox bir müddət ərzində Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxladılar, yəni məsciddən uzun illər tövlə kimi istifadə etdilər. Bu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən çox qəddar bir vəhşilik idi.
Dağıdıldıqdan sonra məscidin daxili interyerinin vəziyyəti
2016-cı ildə Ermənistan prezidenti Serj Sərkisyanın İrana səfəri ərəfəsində Ağdam cümə məscidinin içərisini peyindən təmizləmək üçün erməni ordusunun Qarabağdakı komandanlığına göstəriş verildi. Bir ay ərzində məscidin içərisi və ətrafı erməni əsgərləri tərəfindən peyindən təmizləndi.
Ağdam məscidi erməni təcavüzündən sonra aşağıdakı dəyişikliklərə məruz qalmışdır:
Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına şərait yaradılmışdır.
Məscid erməni işğalından bir ay sonra üzərinə benzin tökdürülərək yandırıldı.
Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır.
Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır.
Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr yazılmışdır.
Ermənilər 10 ildən çox bir müddət ərzində Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxladılar. Məsciddən tövlə kimi istifadə etdilər
Abidə 1993-cü il iyul ayının 23-dən etibarən Ermənistanın Respublikasının Hərbi Qüvvələri işğalı altında olmuşdur. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən, 1992-1994-cü illərdə Azərbaycan ərazilərinin 20%-i işğal etdildikdən sonra Ağdam cümə məscidi də dağıdılaraq yerlə yeksan edilmişdi. Ermənilər tərəfindən Məscidin minarələrinə ciddi ziyan yetirilmiş, Tavanı uçurdulmuş, divar yazıları pozulmuş, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılmışdır.
Ermənilər 10 ildən çox bir müddət ərzində məsciddən tövlə kimi istifadə etdilər
Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxladılar.
Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılmışdır.
2016-cı ildə Ermənistan prezidenti Serj Sərkisyanın İrana səfəri ərəfəsində Ağdam cümə məscidinin içərisini peyindən təmizləmək üçün erməni ordusunun Qarabağdakı komandanlığına göstəriş verildi.