- Manşet, Mədəniyyət

Erməni vandalizmi: faktların dili ilə (V hissə) Əzəli görkəmindən məhrum edilən memarlıq abidələri

Dağyurd Xocalı rayonunun ərazi vahidinə aid kənddir. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Saruşen olmuşdur. XIX əsrin sonlarında İrandan Qarabağa köçürülən ermənilər kəndi Saruşen adlanırmışdılar. Kəndin əhalisi XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrindən ibarətdir. Dağyurd kəndi Azərbaycanın qədim ərazilərindəndir. Oykonim “dağda salınmış yurd” yeri mənasını verir.
Kənd 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kəndin içərisində yerləşən bu abidə XIX əsrə aid olduğu güman edilir. Abidənin ümumi görünüşündə və tikinti quruluşu bu abidənin özünəməxsusluğunu göstərir. Abidədən Sovet İmperiyası dövrü ambar kimi istifadə edilmişdir.

abide-2abide-3

Təmirdən sonra abidənin üst hissəsi hündürləşdirildi. Çardağı dəmirlə bağlandı. Binanın üzərinə zəng qülləsi də quraşdırıldı.

Dağturd kəndinin yaxınlığında inşa edilən Qafqaz Albaniyası dövrünə aid olan bu abidə XII – XIII əsrə aid edilir. Abidə 1991-ci ildə erməni terrorçuları tərəfindən mişen kimi istifadə edilmiş, ağır artileriyadan abidəyə bir neçə dəfə uzaq məsafədən atəş açılmışdır.

abide-4

Ermənilər öz cinayətlərini gizlətmək üçün abidəni təmir etmək qərarına gıliblər. Beləki abidəni təmir etmək bəhanəsi ilə onu 2014-cü ildə əzəli görünüşündən məhrum etdilər. Beləki təmir zamanı şəkildən göründüyü kimi abidənin sol tərəfininə 2 metr divar əlavə edildi. Bir o qədər də binanın ön tərəfi artırıldı. Binanın tavanı 50 cm-dən çox hündürləşdirildi.

abide-5

Beləliklə abidə əzəli görkəmindən məhrum edildi.

Xocavənd rayonunun Ziyarət dağının zirvəsində inşa edilən Qafqaz Albaniyası dövrünə aid sovmənin XVII əsrə aid olduğu iddia edilir. Ərazi, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir.

Sovmələrin tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. Abidənin memarlıq quruluşu onun dini ibadətgah olmadığını təsdiqləyir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını o cümlədən ziyarət dağında inşa edilən bu abidəni erməni kilsəsi kimi təqdim edirlər. Halbuki yaşayış mərkəzlərindən uzaq uca bir dağ zirvəsində kilsənin mövcud olması sadəcə mümkün deyil.

abide-6abide-7abide-8

Ermənilər işğal dövrü abidənin görkəmini dəyişdirdilər.

Laçın rayonu. Hoçaz kəndi.

Hoçaz kəndi Laçın rayonunun ən qədim yaşayış mərkəzlərindən biridir. Bu ərazi tarixi baxımdan hələ tam öyrənilmədiyindən bu ərazinin tarixi barədə hələ tam və qəti fikir söyləmək mümkün deyildir. 1992-ci il erməni işğalından sonra ermənilər Hoçaz kəndinin adını dəyişdirərək Hunçak bəzən Hoçany bəzən də Xoçes adlandırırlar. 2016-cı ildə isə Hoçaz kəndinin mərkəzində yerləşən bu tarixi əhəmiyyətli məbədin formasını dəyişdirdilər. Hoçaz kəndinin ərazisində antik dövrlərə aid olan qala tikintisi, Qafqaz Albaniyası dövrünə aid birnefli Sovmə və eləcə də sujet xarakterli daş oymalar, at qoç fiqurları və digər bədii daş sənətinin unikal nümunələri mövcuddur. Kəndin mərkəzində yerləşən tikintisi XII-XIII əsrə güman edilən Qafqaz Albaniyası dövrünə aid ikinefli məbədin ümumi ölçüsü 13,40×8,15 m divarlarının qalınlığı 105-110 sm-dir. Abidənin cənub fasadının üzərindəki yazılı daş 1995-ci ildə ermənilər tərəfindən dəyişdirilmişdir. Abidənin tikintisində pud daşlardan və əhəngdən istifadə olunmuşdur.

abide-9abide-10abide-11

Xocavənd rayonu. Tuğ kəndi.
Tuğ – Azərbaycan Respublikasının Xocavənd rayonunun tarixi cəhətdən çox əhəmiyyətli inzibati ərazi vahidlərindən biridir. Kənddə 20-dən çox memarlıq abidəsi mövcuddur. İşğal dövrü bu abidələr ermənilər tərəfindən ya tamamilə dağıdılıb və ya sökülərək formaları dəyişdirilib.

abide-12

abide-13

Bu bina Qarabağ Məlikliyinin inzibati yaşayış kompleksinin salamat qalmış bir hissəsidir. İşğala qədər abidə kompleksinin bu hissəsi ikimərtəbəli olub, üst mərtəbə uçurdulub, birinci mərtəbənin isə orjinal görkəmindən məhrum edilib. İşğal dövrü abidədən Muzey kimi istifadə edilirdi.

Laçın rayonu Mirik kəndi.

Mirik kəndi, Həkəri çayın Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 km hündürlükdə dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə yerləşir. Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklop xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır. İşğaldan sonra ermənilərin abidəni öz əzəli görkəmindən məhrum edinlər.

abide-14abide-15

Ermənilər İşğal altında saxladıqları ərazilərdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aidtarix və mədəniyyət abidələrinin divar yazılarını ya dəyişdirir ya da uçururlar.

abide-16abide-17

Kəlbəcər rayonu ərazisinə aid nümunələr

abide-18

Qarabağ xanlığının inşa etdiyi Şahbulaq qalasının divarına xaç rəmzi yerləşdirildi.

Xocavənd rayonu Tuğ kəndi.

Tuğ kəndinin mərkəzində yerləşən bu bazilika 1197-ci ildə inşa edildiyi güman edilir. Binadan müxtəlif illərdə kəndin ərzaq anbarı kimi istifadə edilmişdir. 2014-cü ildə abidəni kilsəyə çevirmək istəyən ermənilər abidəni əzəli görünüşündən məhrum etdilər. Abidənin qarşısına qəbir daşları düzərək burada hansısa övliyyaların yaşadığını iddia edən yalan məlumatlar yaydılar.

abide-19abide-20

Kəlbəcər rayon Gəncəsər monastırı

Kəlbəcər rayon Gəncəsər monastırı 1216-1238-ci illərdə qurulub. Elmi ədəbiyyatda Xəzinədağ məbədi, lakin abidə Gəncəsər (ingiliscə: Gandzasar) adı ilə tanınır. Abidə Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırıdır. XIII əsrdən başlayaraq XIX əsrə qədər Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur.

abide-21

Abidənin memarlıq xüsusiyyətləri:

Hündür qala divarları ilə əhatə olunmuş Gəncəsər kompleksinə türk-xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd mailli dam örtüyündə rotonda yüksələn məbəd binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir. Baş kilsənin xaçşəkilli günbəz kompozisiyası, 16 künclü günbəz barabanı və onun üzərində yüksələn çətir formalı piramidaşəkilli daş günbəz örtüyü alban dindarlarının son iqamətgahına xüsusi əzəmət və gözəllik verir. Şərq və qərb fasadlarından fərqli olaraq şimal və cənub fasadlarının memarlıq həlli, demək olar ki, eynidir. Onların hər biri beş tağla bəzənmiş, ortadakı ən hündür tağ isə profilli xaçla tamamlanmışdır. Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət Alban xristianlarının iqamətgahı olmuş məbəd dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır.
Abidə 1993-ci il aprel ayının 03-dən etibarən Ermənistan Respublikası Hərbi Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənistan Respublikası, 1992-1994-cü illardə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Gəncəsər monastırının memarlıq quruluşunda və interyerində də dəyişikliklər etmiş, divar yazılarını korlamış, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus bir çox bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar. Ermənistanın işğalı altında olan abidə bu dövlətin müvafiq qurumları tərəfindən erməni Qriqoryan dininin mərkəzi kimi təbliğ olunur. Gəncəsər monastırı 1994-cu ildən etibarən Ermənistan Respublikasının abidələri siyahısına daxil edilmiş və erməni kilsəsi kimi təbliğ edilir.

abide-22abide-23abide-24abide-25

Məbədin divarları rəngli boyalarla yazılmış, Alban Knyazı Həsən Cəlalın qəbrinin üzərindəki sinə daşı qırılsada onu yenidən bərpa etməyə cəhd edilmişdir.

Gəncəsər monastırı Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalmışdır:
 2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər yetirilmişdir. Abidənin interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları və erməni dilində yazılar yerləşdirilmişdir.
 Monastırın həyətinə və Monastıra aid olan qəbristanlığa 2000-2009-cu illərdə 15-dən çox qəbir və xaçdaşları quraşdırılmışdır.
 Ermənilər, abidənin daxili interyerində, yəni daxili divarları üzərindəki yazılar və bədii nümunələr silərək qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazılarla bəzəməklə abidəyə əhəmiyyətli dərəcədə zərər veriblər.
 Kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşını sındıraraq, sinə daşı üzərində həkk olunmuş bədii ornamentlərin bir çoxunu məhv ediblər.
 Kompleksdə aparılan təmir tikinti işləri zamanı kompleks divarlarının böyük bir hissəsi mərmər daşlarla örtülmüşdür.

abide-26abide-27abide-28abide-29abide-30abide-31abide-32

Kompleksdə aparılan təmir tikinti işləri zamanı kompleks divarlarının böyük bir hissəsi mərmər daşlarla örtülmüşdür.

Xocavənd rayonu . Sos kəndi.

Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən, Alban Həvari Kilsəsinin ləğv edilməsinə qədər ziyarət edilmiş ən müqəddəs məbədlərdən biridir. Bu monastrın özəlliyi ondan ibarət olmuşdur ki, yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur. Məbədin planı, IV əsrə aid qədim məbədin planını kiçik əlavələrlə təkrar edən X əsrə aid məbədin xüsusiyyətlərini saxlamışdır.
1992-ci ildən Ermənistanın işğalı altında qalan bu abidə 2000-ciildə ermənilər, təmir etmək bəhanəsi ilə abidənin memarlıq quruluşunda dəyişiklik etdilər.

abide-33abide-34

Kəlbəcər rayonu. Vəng kəndi.

Dağlıq Qarabağda öz fsunkar gözəlliyi ilə seçilən belə monastrlardan biri də keçmiş Ağdərə rayonunun ərazisindəki Xotavəng monastırıdır.

abide-35abide-36

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən ləğv olunaraq Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür. Bu ərazidə yerləşən Xudavəng monastır kompleksi (“Xotavəng monastırı” – farscadan tərcümədə “təpədə yerləşən” anlamı verir) — Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban monastr kompleksidir.
Monastr VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.
Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur.
Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıların bir hissəsini balta ilə çaparaq məhv ediblər. Alban xaçlarının və rəsmlərin yerinə erməni xaçları qoyub, divarlara erməni rəsmləri çəkiblər. Faktiki olaraq ermənilər bu monastırında formasının dəyişdirilməsi işlərini həyata keçirirlər. Beləki Monastrın giriş qapısı əzəli görkəmindən məhrum edilmiş, divarları və xarici interyeri qismən dəyişdirilmişdir.
abide-37abide-38abide-39

İşğal altındakı abidələr üzərində təmir, bərpa və ya konservasiya işlərinin aparılması Beynəlxalq qanunlara görə yolverilməzdir.

abide-40abide-41abide-42

Ermənilər bu monastırın formasının dəyişdirilməsi işlərini həyata keçirirlər.Monastrın giriş qapısı əzəli görkəmindən məhrum edilmiş, divarları və xarici interyeri qismən dəyişdirilmişdir

Xocalı rayonu Əsgəran qalası

abide-43abide-44abide-45

Azərbaycanda cəmiyyətdə “Əsgəran qalası” adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi (1783-1784) İçğal dövrü ermənilər bu abidənin də bir hissəsinin formasını dəyişməyə nail oldular

Qubadlı rayonu Başarat kəndi. Qubadlı

abide-46abide-47

Qubadlı rayonunun Başarat kənd ərazisində ermənilər Qafqaz Albaniyası memarlığına aid bu abidənin əzəli görünüşünü 2019-cu ilin yay aylarında dəyişmişdir.

Ağdam rayonu Şahbulaq qalası.

abide-48

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəzi kimi tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində Qarabağ xanlığının iqamətgahı kimi istifadə olunsa da sonralar xanlığın yay iqamətgahlarından birinə çevrilib. Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu.
Şahbulaq qıfılı xan sarayı kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Saray kompleksinin tikintisi cəmi iki ilə, yəni 1750-1752-ci illərdə başa çatmışdır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilmişdi. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Kompleksin girişi Şərq divarının mərkəzindən qoyulmuşdu. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud idi. Şahbulaq Qıfılının şimal qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi. Tədqiqatçıların qənaətinə görə Şahbulaq Qıfıl saray kompleksinin memarlıq üslubu, Qarabağın mərkəzi Şuşa şəhərinin memarlığının davamı və tərkib hissəsidir.
Abidə 1993-cü il iyul ayının 23-dən 2020-ci ilə qədər Ermənistan Respublikası Hərbi Silahlı Qüvvələrinin işğalı altında olmuşdur.
Ermənistan Respublikası, 1992-1994-cü illardə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Şahbulaq saray kompleksini təmir etdirmiş, eyni zamanda kompleksin memarlıq quruluşunda və interyerində də dəyişikliklər edilmiş, divar yazılarını korlanmış, xeyli sayda Azərbaycanın Mədəni dəyərlərini əks etdirən bir çox bədii üslubda işlənmiş ornament və bədii daş yazıları tamamilə silmiş, onlardan bir çoxunun isə formaları dəyişdirilərək tanınmaz hala salmışdır. Kompleksin 10 hektarlarla ətraf əraziləri qazılaraq torpaqqlar yararsız hala salınmış, 15-dən çox kurqanı (torpaq qəbirləri) dağıdılaraq əldə edilmiş maddi sübutlar Ermənistan Respublikasına aparılmışdır.
Şahbulaq saray kompleksi Ermənistanın Milli Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məruz qaldığı vandalizmin miqiyası barədə:
 Ermənistanın işğalı altında olan Şahbulaq saray kompleksi və ətraf ərazilərini dağıntıya məruz qoyan qrupun rəhbəri, İrəvan Dövlət Universitetinin kulturologiya kafedrasının müdiri tarix elmləri doktoru Hamlet Petrosyandır. Bu qrup və qrupun rəhbəri Hmlet Petrosyan 1992 – 2011-ci illər ərzində İşğal olunmuş Azərbaycan Ərazilərindəki bütün qazıntılara və dağıntılara görə məsuliyyət daşıyır. Çünki 2004-cü ildən İşğal olunmuş Azərbaycan Ərazilərində aparılan bütün arxeoloji qazıntılara məhz o rəhbərlik edir.
 Qrupun digər üzvləri Ermənistanın Milli Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Aqvani Jamkoçyan, Joreza Xaçaturyan, Asmik Marqaryan, Ayka Akopyan,
Vardqesa Safaryan, İrəvan Dövlət Universitetinin labarantı Lyuba Kirkosyan, Ermənistan Tarix Muzeyinin şöbə müdiri Ruben Vardanyan və digərlərindən ibarətdir.
 Qazıntı işlərinə maliyə dəstəyi Ermənistanın “Erkir” ictimai təşkilatlar birliyi reapitasiya mərkəzinə məxsusdur.
 Şahbulaq saray kompleksinin adı Ermənistanın müvafiq qurumları tərəfindən dəyişdirilərək Surenavan, ətraf əraziləri isə Tiqranakert adlandırılır.
 Şahbulaq saray kompleksi ermənilər tərəfindən təmir edilərək, kompleksin daxilindı “Tiqrankert” adli tarix muzeyi yaradılmışdır.
 Şahbulaq saray kompleksi ətrafında ermənilər qanunsuz olaraq (2005-2019-cu illər) arxeoloji qazıntılar apararaq 10 hektarlarla torpaq sahəsini korlamış, sayca 15-dən çox Xocalı Mədəniyyətinə aid kurqanlar (torpaq qəbirlər) dağıdılaraq əldə edilmiş maddi sübutlar Ermənistan Respublikasına aparılmışdır.
 Hal –hazırda Ermənistan resublikasının arxeoloji qazıntılar adı altında Azərbaycanın Ağdam rayonu ərazilərindəki bu vandalizm hərəkətləri fasiləsiz olaraq davam etdirilir.