Azərbaycanın işğal altındakı ərazilərində bağ- park, monumental və xatirə abidələri də ermənilər tərəfindən dağıdılaraq yerləri zirehli texnikaların köməyi ilə kürünüb izləri tamamilə itirilmişdir. Bu kateqoriyaya aid olan abidələr; Tarixi şəxsiyyətlərin o cümlədən, dövlət xadimlərinin və
hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, Mədəniyyət, incəsənət və elm xadimlərinin həyatı ilə bağlı xatirə yerləri, yaşayış evləri, kompleksləri və ansambılları. Ölkənin, şəhərin və ya kəndin həyatında baş vermiş mühüm tarixi hadisələrlə bağlı xatirə yerləri, xatirə abidələri, kompleksləri və ansambılları; Azərbaycanın elm, texnika və məişəti ilə bağlı xatirə yerləri, xatirə abidələri, kompleksləri və ansambılları; Qədim qəbristanlıqlar; baş daşları, məzarlar və qalıqları, dövlət və hökumət xadimlərinin məzar kompleksləri; xalq qəhrəmanlarının məzarları; ədəbiyyat, incəsənət və elm xadimlərinin
məzarları, qardaş qəbristanlıqları, əsgər və vətəndaşların qəbirləri; Dövlət müstəqilliyi uğurunda həlak olanların qəbirləri və.s. Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan ərazilərdə hələlik 64 bağ-park monumental və xatirə abidələrini qeydə alınması mümkün
olmuşdur. Təsüf hissi ilə qeyd etmək lazımdır ki qeydə aldığımız bu abidələrin 58-i ermənilər tərəfindən tamamilə dağıdılaraq yararsız hala salınmışdır.
Laçın şəhərindəki II Dünya müharibəsi iştirakçılarının xatirəsinə qoyulmuş abidə.
İşğaldan əvvəl və işğaldan sonra
Laçın şəhərindəki Nərimanov parkı. İşğaldan əvvəl və işğaldan sonra
Laçın rayonu Güləbird kəndi. Azərbaycanda Bayatı ustadı Sarı Aşığın xatirə abidəsi. Işğaldan
əvvəl və işğaldan sonra
Şuşa şəhəri M.P.Vaqifin xatirə abidəsi işğaldan əvvəl və işğaldan sonra
Laçın rayonu ərazisi. Fətiş bulağı işğaldan sonra
Ağdam şəhəri. Mərkəzi meydan. Işğaldan əvvəl və işğaldan sonra
Ağdam şəhəri. Çay evi işğaldan əvvəl
Çay evi işğaldan sonra
Şuşa şəhəri. Qala ərazisində arxeoloji abidələr üzərində tikinti abadlıq işləri aparılmışdır. Bu fəaliyyət Beynəlxalq Hüquqa və Konvensiyalara görə
yolverilməz hesab edilir.