Ermənistan Respublikasının Azərbaycan ərazilərinə silahlı təcavüzü nəticəsində 23 muzey, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, dağıdılmış, məhv edilmiş və qarət edilərək Ermənistana aparılmışdır.
150 000-dən çox daşınan mədəni-irs nümunələri, o cümlədən muzey eksponatları və rəsm əsərləri ermənilər tərəfindən münaqişə ərazisindən çıxarılmış, onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bir qismini isə İrəvan
şəhərinin müxtəlif müəsisələrində saxlayırlar.
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdaə qalan Muzeylər və eksponattların sayları haqqında
M Ə L U M A T
S № adı eksponatların sayı
1 Tarix Diyarşunaslıq muzeyi 22591 Xankəndi şəhəri
2 Şuşa tarix muzeyi 5000 Şuşa şəhəri
3 Ü.Hacıbəyovun ev muzeyi 300 Şuşa şəhəri
4 Bül-Bülün ev muzeyi 369 Şuşa şəhəri
5 Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin Şuşa filialı 163 Şuşa şəhəri
6 Qarabağ Dövlət Tarix Muzeyi 500 Şuşa şəhəri
7 Qarabağ Ədəbiyyat Muzeyi 10000 Şuşa şəhəri
8 Mir Möhsün Nəvvabın ev Muzeyi 100 Şuşa şəhəri
9 Tarix Diyarşunaslıq muzeyi 2000 Ağdam şəhəri
10 Çörək muzeyi 694 Ağdam şəhəri
11 Qurban Primovun xatirə muzeyi 700 Ağdam şəhəri
12 Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi 500 Ağdam şəhəri
13 Tarix Diyarşunaslıq muzeyi 2290 Ağdərə şəhəri
14 Tarix Diyarşunaslıq muzeyi 5000 Füzuli şəhəri
15 Xalq Tətbiqi Sənəti Muzeyi 800 Füzuli şəhəri
16 Tarix Diyarşunaslıq muzeyi 3200 Hadrud şəhəri
17 Tarix Diyarşunaslıq muzeyi 3000 Qubadlı şəhəri
18 Tarix Diyarşunaslıq muzeyi 5000 Laçın şəhəri
19 Sarı Aşığın xatirə muzeyi 500 Laçın rayonu Güləbird kəndi
20 Tarix Diyarşunaslıq muzeyi 32000 Kəlbəcər şəhəri
21 Tarix Diyarşunaslıq muzeyi 2000 Cəbrayıl şəhəri
22 Tarix Diyarşunaslıq muzeyi 6000 Zəngilan şəhəri
23 Daş muzey 50 Zəngilan şəhəri
Cəmi: 102 757
Dövlət Rəsm Qalareyaları haqqında M Ə L U M A T
S№ Adı Eksponatların sayı
1 Dövlət Rəsm Qalareyası 90 Şuşa şəhəri
2 Dövlət Rəsm Qalareyası 62 Qubadlı şəhəri
3 Dövlət Rəsm Qalareyası 50 Laçın şəhəri
4 Dövlət Rəsm Qalareyası 174 Xankəndi şəhəri
Cəmi eksponat 376
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi növünə görə tarix, arxeologiya, etnoqrfiya muzeyi olmuşdur. Muzey 1980-ci ildə tikilib. Muzeydəki eksponatların sayı 30 000 (otuz min) ədəddən çox olub. Muzeyin Bolqarıstan, Hindistan, Çin Xalq Respublikası, ABŞ, Almaniya, İtaliya,
Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən cox alimi ilə əlaqəsi var idi. Müzeyin ümumi sahəsi 900 kv/metr-dən çox idi. Müzey bir dəhlizdən, 3 otaqdan, 9 nümayiş salonundan və bir fonddan ibarət idi. Muzeyin ətraf divarlarında 2037 rəng çaları olan
müxtəlif daşlardan istifadə edilmişdi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, kənd təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir çox digər məişət əşyalar açıq havada nümayiş etdirilirdi.
Kəlbəcər Muzeyi 1993-ci il aprel ayının 03-dən 2020-ci ilə qədər Ermənistanın Respublikası Hərbi Qüvvələrinin işğalı altında olmuşdur. Ermənistan Respublikası Silahlı Qüvvələri Azərbaycan ərazisini işğal etdikdən sonra Kəlbəcər muzeyi tamamilə dağıdıldı, eksponatları talan edilərək
Ermənistan Respublikasının İrəvan şəhərinə aparıldı. Kəlbəcər Muzeyi Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalmışdır:
• Muzey kompleksi tamamilə dağıdılaraq yerlə yeksan edildi.
• Otuz iki mindən çox qiymətli eksponat, talan edilərək Ermənistan Respublikasına aparıldı.
• Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, kənd təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir çox digər məişət əşyalar sındırılaraq məhv edildi.
Kəlbəcər tarix diyarşunaslıq muzeyi işğaldan sonra
Laçın Tarix-diyarşünaslıq muzeyi
Muzeyin yerləşdiyi bina XX əsri əvvəllərində tikilmişdi, bu bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Muzeyin binası Sovet Hakimiyyətinin ilk illərində Pedoqoji Texnikomun fəaliyyəti üçün nəzərdə tutulmuş lakin sonralar bu bina şəhər VIII illik məktəb kimi fəaliyyətini davam etdirmişdir. 1974-cü idə isə Laçın Tarix Diyarşunaslıq muzeyinin istifadəsinə verilmişdir. Abidə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
Laçın rayon Tarix-diyarşünaslıq muzeyi işğaldan əvvəl
Laçın rayon Tarix-diyarşünaslıq muzeyi işğaldan sonra
Müzeyin ümumi sahəsi 1200 kv/metr-dən çox idi. Müzey bir dəhlizdən, 24 otaqdan, 1 nümayiş salonundan və 72 kv/metrlik bir fonddan və həyətdə yerləşən su hovuzundan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyalar açıq havada nümayiş etdirilirdi. Laçın Muzeyi 1974-1992-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərmişdi. Laçın Tarix Diyarşunaslıq Muzeyi 1992-ci il may ayının 18-dən etibarən 28 il Ermənistanın Respublikası
Hərbi Silahlı Qüvvələrinin işğalı altında olmuşdur.
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-1994-cü illardə Azərbaycan ərazilərini işğal etdikdən sonra Laçın muzeyi tamamilə dağıdıldı, eksponatları talan edilərək Ermənistan Respublikasının İrəvan şəhərinə aparıldı. Laçın Tarix Diyarşunaslıq Muzeyi, Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalmışdır:
Muzey kompleksi tamamilə dağıdılaraq yerlə yeksan edildi.
Beş mindən çox qiymətli eksponat, talan edilərək Ermənistan Respublikasına aparıldı.
Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, kənd
təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir
çox digər məişət əşyalar sındırılaraq məhv edildi.