İşğal olunmuş ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələrinin beynəlxalq qiymətləndirmə standartlarına uyğun qiymətləndirilməsi və standartlaşdırılması abidənin qorunması və ya ondan itifadə zamanı münaqişə tərəfləri arasında məsuliyyəti artırar və tarix, mədəniyyət abidələrinə
dəymiş zərərləri müəyyənləşdirər. Eyni zamanda abidələrin tarixi baxımından hansı dəyərlərə malik olmasının müəyyənləşdirilməsi, bu barədə ictimaiyyətin məlumatlandırılması abidələrin işğaldan sonrakı dövrlərdə qorunması, bərpası və icarəyə verilməsi zamanı, mövcud problemləri
aradan qaldırar və abidənin mühafizəsi işlərində mühüm əhəmiyyət kəsb edər. Münaqişə davam etdiyi dövrdə tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin müəyyənləşdirilməsi üçün qiymətləndimə prosesinin başlanması bu abidələrin tamamilə dağıdılıb məhv edilməsinin qarşısını ala bilər.
Abidənin təmir və ya bərpası eləcə də ondan digər məqsədlər üçün istifadə zamanı abidənin standartlaşdırılması və qiymətləndirilməsi məcburidir.
Standartlaşdırılma və qiymətləndirilmə üçün təşkil edilmiş Komisiyaya müxtəlif dövlət orqanları o cümlədən Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi nümayəndələri ilə yanaşı Qeyri Hökumət Təşkilatlarının üzvləri, daşınmaz əmlak agentliklərinin nümayəndələri də daxil edilərək, abidələrin qiymətləndirilməsi işlərində iştirak etməlidirlər.
Məlumdur ki bir çox xarici ölkələrdə olduğu kimi Azərbaycanda da işğal altında olan mədəni dəyərlərin, yəni daşınan və daşınmaz tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin qiymətləndirilməsi mexanizmi yoxdur. Daşınan və ya daşınmaz tarix və mədəniyyət abidələrinin beynəlxalq standartlara uyğyn qiymətləndirilməsi, Azərbaycan təcrübəsində yenidir. Lakin ərazisinin 20%-i işğal altında olan bir ölkənin düşmən dövlət tərəfindən işğal olunmuş ərazilərindəki milli mədəni irsinə, daşınan və daşınmaz tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi günümüzün təxirəsalınmaz tələblərindən biridir.
Azərbaycanda tarix və mədəniyyət abidələrinin beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsinin əsas məsələləri bunlardır:
qiymətləndirmə bazasının seçilməsi,
abidəyə dəyən zərərin bazar dəyərinin müəyyənləşdirilməsi,
abidənin tarixiliyinin müəyyənləşdirilməsi,
abidənin ornamental quruluşuna dəyən zərərin müəyyənləşdirilməsi,
icarə hüquqlarının bazar dəyərinin müəyyənləşdirilməsi,
Azərbaycanın qanunvericiliyinə uyğun olan bazar dəyərinin razılaşdırılması, mövcud istifadənin dəyəri.
Beynəlxalq Qiymətləndirmə Standartlarının əsas xüsusiyyətlərindən biri Avropa və digər dünya ölkələrinin qanunvericiliyinə uyğun olan mühasibat hesabatlarının tərtibi üçün yerinə yetirilən qiymətləndirməyə istinad edilməsidir. Eyni zamanda bu standartların qiymətləndirmənin digər
məqsədlərinə də şamil olunmasının mümkünlüyü göstərilməlidir. Həmin standartlar digər dövlətlər üçün tövsiyyə xarakteri daşıyır və qiymətləndirmənin yerinə yetirilməsi üçün istiqamət göstəricisi rolunu oynayır.
Abidənin qiymətləndirilməsi abidənin mühafizəsinin gücləndirilməsi və sığortalanması üçün qərar qəbul etməyə əsas verir. Hazırda dünyada münaqişə ərazilərindəki daşınan və ya daşınmaz milli-mədəni dəyərlərin, yəni tarixi, mədəni, bədii və digər xüsusi əhəmiyyətə malik abidələrə dəyən zərərlərin qiymətləndirilməsi məsələsini həll etmək qarşıda aktual məsələ
olaraq durur. Daşınmaz əmlakın dəyərini qiymətləndirmək üçün abidə haqqında mövcud olan məlumatların toplanıb analiz edilməsi, abidənin
qiymətləndirilməsi istiqamətində ən əsas şərtlərdən biridir.
Qiymətləndirmə zamanı abidənin mövcud vəziyyətinin öyrənilməsi, abidəyə dəyən zərər barədə nəticə çıxarmağa əsas verər.
Daşınmaz əmlakın tarixi və mədəni dəyərlərə malik olması barədə məlumatların analizinə aşağıdakılar daxildir:
abidənin Dövlət qeydiyyatında olub-olmamasının müəyyənləşdirilməsi.
abidənin tarix və memarlıq baxımından öyrənilməsi,
abidənin layihə-smeta və digər texniki sənədlərinin olub-olmamasının öyrənilməsi,
abidəyə dəyən zərərlərin mövcud bazar qiymətlərinə uyğun hesablanması,
abidə qiymətləndirildikdən və bərpa edildikdən sonra hansı məqsədlərlə istifadə ediləcəyinin müəyyənləşdirilməsi,
abidənin memarlıq stilinin (texnikasının) öyrənilməsi,
abidənin tarixi şəhərsalmada rolunun olmasının və ya olmamasının müəyyənləşdirilməsi,
abidənin bərpa zamanı tarixiliyinin saxlanmasının mümkünlüyünün (ilkin görüntünün mümkünlüyü, kiçik dəyişikliklərlə ilkin görkəminin saxlanmasının mümkünlüyü və ya bütünlüklə yenidən qurulması) öyrənilməsi,
abidənin tarixi funksiyasının saxlanmasının (dəyişiklik edilməsi və ya tamamilə itirilməsi) öyrənilməsi,
fasadın dekorunun saxlanması mümkünlüyünün öyrənilməsi,
interyerin dekorunun saxlanması mümkünlüyünün öyrənilməsi,
abidənin əhəmiyyət dərəcəsinin öyrənilməsi (abidənin yerli, ölkə və ya beynəlxalq əhəmiyyətli olmasının müəyyənləşdirilməsi),
abidənin görkəmində, quruluşunda mümkün ola biləcək dəyişikliklər barədə müvafiq dövlət qurumları ilə razılaşdırılmasının əldə edilməsi,
abidənin mühafizə zonasında bərpa məqsədi ilə tikinti materiallarının daşınması üçün ərazidə yük avtomobillərinin hərəkətinə icazənin alınması,
abidə üzərində analizlər aparılarkən, tikintidə gözlənilən uçulma, dağılma və digər xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi,
abidənin ümumi qaydada sığortalanmasının təmin edilməsi. Abidənin qiymətləndirilməsi haqqında məlumat təminatı Azərbaycanın işğal altındakı ərazilərində olan daşınan və ya daşınmaz tarix və mədəniyyət abidələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi işləri haqqında məlumat təminatını aşağıdakı fəaliyyətlər müəyyənləşdirir:
abidənin istifadəsi və qiymətləndirilməsi üçün, onun dövlət qeydiyyatı və mühafizəsi işlərinin təhlilinin aparılması;
abidəyə məxsus mülkiyyət hüququnun və ekspertizasının nəzərdən keçirilməsi;
abidənin tarixi və memarlığı haqqında sorğu materiallarının öyrənilməsi;
abidənin layihə-smeta və digər texniki sənədlərinin hazırlanması və təhlili.
Bütün bu təhlillərdən sonra əldə edilən sənədlər toplusu abidə haqqında məlumat təminatlılığına əsas verir. Bu sənədlər əsasında abidə haqqında əldə edilən müfəssəl məlumat abidəyə dəyən zərərlərin müəyyənləşdirilməsnə şərait yaradır.
Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələr haqqında məlumatlar isə bir qayda olaraq Azərbaycanın və Gürcüstanın Dövlət Arxivlərindən, eləcə də Ermənistanın rəsmi dövlət saytlarından və erməni mətbuatından əldə edilmişdir. Ermənistanın işğalı altında olan
Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələri tarixi abidələr, incəsənət abidələri, memarlıq abidələri, arxeoloji abidələrikimi qruplara bölünür. Bu qruplqar üzrə 901-i rəsmi Dövlət qeydiyyatında olmaqla Azərbaycanın bizə məlum olan 2 645 sayda tarix və mədəniyyət abidəsi
ermənilərin işğalı altındadır. Bu abidələrdən: 600-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli, 13 ədədi Beynəlxalq əhəmiyyətlidir. 1 747 abidə isə hələlik dövlət qeydiyyatındaolmayan abidələrdir.
Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinin saylarının və yerinin müəyyənləşdirilməsində Ermənistan Respublikasının rəsmi mənbələrində kifayət qədər məlumatlar yerləşdirilib. 28.01.2011-ci il tarixdə Ermənistanın “Ради Дома” saytı, 29 avqust
2013-cü ildə isə Rusiyanın ИА REGNUM agentliyi Ermənistanın Mədəniyyət Nazirliyinin rəsmi hesanatında bildirilir ki, 2011-ci ildən başlayaraq Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 4 000-ə yaxın tarix və mədəniyyət abidələri qeydə alınmışdır.
Erməni mənbələrindən məlum olur ki, onlar işğal dövrü hazırladıqları 1 450 xaçdaşı, o cümlədən yeni inşa edilən erməni kilsələrini də tarixi abidə kimi qeydə alaraq Qarabağın tarix və mədəniyyət abidələri siyahısına daxil ediblər.
Erməni tarixçisi Şahen Mkrtçyanın 2006-cı ildə İrəvanda nəşr etdirdiyi “Qarabağın memarlıq abidələri”kitabında Qarabağdakı abidələrin saxtalaşdırılmış adları, tarixləri və mövcud olduqları yerlər göstərilmişdir. Qarabağda ermənilər tərəfindən abidələrin qeydə alınması bir neçə il ərzində mərhələlərlə həyata keçirilmişdir. Belə ki, 2000-ci ildə 1 700 abidə, 2006-cı ildə 1 200 abidə, 2010-cu ildə 289 abidə və 2011-ci ildə isə 361 abidə qeydə alınıb ki bunun da cəmi 3550-yə bərabər olur. 2012-ci ildə erməni mətbuatı məlumat yaymışdı ki Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərdəki tarix və mədəniyyət abidələrinin sayı 4000 ədədir. Əslində isə, ermənilərin Qarabağda mövcudluğunu iddia etdikləri 4000 abidənin 1450 ədədinin ermənilər tərəfindən işğal dövrü yonularaq qoyulan müasir xaçdaşları və yeni tikdikləri erməni kilsələridir. Əslində isə tərəfimizdən aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, işğal altındakı ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələrin ümumi sayı 2 645-dən çox deyildir.
Abidələrinin qiymətləndirilməsi metodikası: Azərbaycanın işğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət nəzərə alınmalıdır:
Müxtəlif nəsil mütəxəsislərin abidənin qiymətləndirilməsinə verdikləri dəyərlərin nəticələri;
Tarixi və mədəni irsinin insanların yaddaşında yaşaması qaydalarının öyrənilməsi;
Daşınmaz əmlakın bu növünün qiymətləndirilməsi zamanı, abidənin dəyəri və ümumi vəziyyəti ilə bağlı müəyyən edilmiş məlumatların öyrənilməsi.
Abidənin qiymətləndirilməsi, onun tədqiqatının nəticələri, daşınmaz əmlakın dəyəri, qiymətləndirilməsi inşaat işlərinin yerinə yetirilməsi qaydaları, ərazidə aparılan arxeoloji qazıntıların və tədqiqat işlərinin nəticələri, eyni zamanda bərpa-təmir işlərinin layihələri, eləcə də satışdan və ya icarədən əldə edilən gəlirlər haqqında xüsusi məlumatlar, abidənin istifadəsi zamanı əhəmiyyətli rol oynayır.
Daşınmaz tarix və mədəniyyət abidəsinin qiymətləndirilməsi, o halda etibarlı olar ki, ənənəvi tədris materiallarından istifadə edilmiş olsun. Qiymətləndirmədən sonra təbii ki hesabat verilməlidir. Qiymətləndirmə haqqında hesabata qiymətləndirmə aparılarkən istifadə olunmuş
təhlil proseslərinin izahı və əhəmiyyətli məlumatlardan ibarət olan sənəddir. Qiymətləndirmədə qiymətləndirmə üzrə təlimatların, qiymətləndirmə bazasının və qiymətləndirmənin məqsədinin, habelə dəyər haqqında rəyin yaranmasına əsas vermiş təhlilin nəticələrini əks olunur.
Qiymətləndirmə haqqında standartlar Beynəlxalq Qiymətləndirmə Standartları üzrə Komitə (İnternational Valuation Standarts Committee – İVSC) tərəfindən hazırlanır. Təşkilat 1981-ci ildə Kral İnstitutu (Böyük Britaniya) tərəfindən sertifikat verilmiş qiymətləndiricilərin təşəbbüsü ilə
yaradılmışdır. Beynəlxalq Qiymətləndirmə Standartları üzrə Komitə 50-dən çox ölkənin peşəkar qiymətləndiricilər birliklərini əhatə edir.
Beləliklə, Azərbaycanın Respublikasının işğal olunmuş ərazilərində olan tarix və mədəniyyət abidələrinə ermənilər tərəfindən vurulan zərərin miqdarı aşağıdakı cədvəllərdə verilir:
Azərbaycanın işğal olunmuş ərazilərindəki dövlət qeydiyyatında olan tarix və
mədəniyyət abidələrinə ermənilər tərəfindən vurulan zərərin miqdarı
Azərbaycanın işğal olunmuş ərazilərindəki dövlət qeydiyyatında olmayan tarix və
mədəniyyət abidələrinə dəyən zərərlər
İşğal olunmuş ərazilərdəki dövlət qeydiyyatında olan daşınmaz tarix və mədəniyyət abidələrinə
dəyən zərərin miqdarı: – 88 326 370 000 $
İşğal olunmuş ərazilərdəki Dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələrinə dəyən
zərərlərin miqdarı: – 46 066 086 000 $
İşğal olunmuş ərazilərdəki daşınan tarix və mədəniyyət abidələrinə dəyən zərərin miqdarı:
– 42 607 544 000 $
İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi məbləği
177 000 000 000 $-dır.