- Cəmiyyət, Manşet

Ermənilər Şuşaya gəlib iş istəyir

 

Ermənistan hökuməti müharibə vaxtı Qarabağdan İrəvana gedən ermənilərə verdiyi aylıq 68 min dram müavinəti kəsib. Ermənilər deyir ki, əksəriyyəti bu müavinətin üzünü görmədilər, hökumət isə bu proqramın cəmi 4 ay nəzərdə tutulduğunu bildirir.
Proqramda əsas prinsip Xankəndiyə qayıdan ermənilərə üstünlük verilməsi idi. Erməni mənbələr yazır ki, əksər erməni Xankəndiyə gəlir, “müvəqqəti yaşayış” yerində, yaxud qohumlarının evində qeydiyyata düşür, sosial müavinəti aldıqdan sonra geriyə – Ermənistana qayıdır. Proqramın dayanmasının səbəblərindən biri də budur.
İrəvanda “qarabağlılar” kimi qəbul edilən ermənilərin əksəriyyəti Ermənistanın müxtəlif yerlərində müvəqqəti yerləşdirilib. Ermənistana gedən ermənilər geri qayıtmaq istəmirlər. Misal üçün, vaxtilə keçmiş Ağdərə rayonunda yaşamış erməni Karen Şirinyan deyir ki, “orada (Qarabağda) heç bir iş və yaşamaq yeri yoxdur”.
“Bizə işlə təmin edilmək üçün proqramların yaradılacağını desələr də, aylardır heç nə edilmədi. Orada yaşaya bilmirik, Ermənistanda da bizə baxmırlar”, – Şirinyan deyir.
Xankəndidə yaşayan Marina Zakaryan isə getmək istədiklərini bildirir.
Hazırda “qarabağlı” kimi qəbul edilən ermənilər iki hissəyə bölünüb:
– birincilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayanlardır: onlar aylıq 68 min dram müavinət alır, lakin işsizlik və qalmaq üçün yer problemi ilə üzləşir. Zakaryan deyir ki, yay bitir, qışda çətinlik daha çox olacaq; başqa biri isə qeyd edir ki, şampun, tualet kağızı, sabun, yuyucu tozu və digər şeylər alırsan, on minlərlə dram edir, bizə aylıq verilən pul 2-3 gün ərzində bitir;
– ikincilər Ermənistana gedənlərdir: onların sayı daha çoxdur, çünki əksəriyyəti işğal dövründə Qarabağ ətrafı rayonlara qanunsuz yerləşdirilmişdi, həmçinin, böyük qismi Qarabağa aylıq pulu almaq üçün gəlir və geri qayıdırlar; Ermənistan hökuməti artıq onları yük olaraq görür və aylıq müavinət əvəzinə “iş yerləri” vədini verməkdə davam edir.
Son məlumatlara görə, Azərbaycan Qarabağda rabitə əlaqəsini məhdudlaşdırır: internet, mobil əlaqə və s. problemləri yaşanır. Bununla yanaşı, ciddi su problemi var.
1. Bakı bu istiqamətdə həlqəni daha da daraltmalıdır;
2. Qarşıdan qış gəlir: bu, elektrik enerjisi, təbii qaz problemlərini də özü ilə gətirəcək; Xankəndiyə elektrik enerjisinin bir qismi Şuşa yarımstansiyasından verilir, zaman-zaman “texniki problemlər” yarana bilər; yaxud, ərzaq qıtlığına səbəb olacaq hadisələr də baş verə bilər.
Orada həyat nə qədər çətin olacaqsa, bu, bizim maraqlarımıza uyğundur: əksəriyyəti gedəcək, gedə bilməyənlər də vətəndaşlığı qəbul etmək qarşılığında bizdən iş istəyəcək; bir neçə həftə öncə Şuşaya gələn və Azərbaycan əsgərindən iş istəyən ermənilər bunun real nümunəsidir.(axar.az)