“Yəqin ki, Şeyx Allahşükür Paşazadə Ermənistan katolikosunun Qarabağa – Azərbaycan torpaqlarına səfərinin baş tutmaması üçün qəti tədbirlər görəcək…”
Bütün ermənilərin katolikosu II Qaregin 3-6 iyun tarixlərində Qarabağda səfərdə olacaq.
Moderator.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın “Johovurd” qəzeti yazıb.
Məlumata görə, Rusiya sülhməramlı(?) kontingentinin nəzarətində olan Laçın “dəhliz”indəki Azərbaycan dövlət sərhədini pozub torpaqlarımıza ayaq basacaq Ermənistan dini liderinin Xankəndində bir sıra görüşlər keçirməsi, habelə “sülh və iki erməni respublikasının çiçəklənməsi üçün” dualar oxuyacağı ortaq bir ayin təşkil etməsi planlaşdırılır.
Ermənistan qəzeti qeyd edir ki, bu, 44 günlük müharibədən sonra katolikosun Qarabağa ilk səfəridir.
“Ümumiyyətlə, Qarabağdakı 44 günlük müharibədən sonra Ermənistan hökumət nümayəndələri nadir hallarda Qarabağa gediblər və katolikosun səfəri bu baxımdan misilsizdir. Və bu arada qeyd etmək lazımdır ki, 44 günlük savaşdan sonra Ermənistan baş naziri Nikol Paşinyan və parlament spikeri Ararat Mirzoyan Qarabağı ziyarət etməyiblər ”- deyə erməni nəşri vurğulayır.