- Cəmiyyət

Ermənistanın iki hərbçisi partlayış zamanı ölüb

Ermənistan Müdafiə Nazirliyi iki hərbçinin mühəndis işlərini yerinə yetirərkən baş verən partlayış nəticəsində öldüyünü bildirib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə saat 17:30 radələrində yol tikintisi üçün partlayış işləri aparılarkən baş verib. Ölənlər mayor Arman Rubikoviç Babacanyan və əsgər Artur Haykoviç Poqosyandır.

Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.