- Mədəniyyət

Ernesto Ottone: Nizami poeziyasının hələ də günün çağırışlarına cavab verdiyinin şahidi oluruq

Nizami Gəncəvi əsərlərində ifadə olunan dəyərlər arasında ən əsası mədəniyyətlərarası dialoqdur ki, o da bu günün çağırışıdır. Onun mədəniyyətlərarası mübadiləyə açıq olan dünya görüşü insanı valeh edir. XII əsrdə müxtəlif cəmiyyətlərdə bu dəyərin təbliği elə də asan deyildi.

Bu fikirləri UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone müsahibəsində deyib.

Bildirib ki, bu günün aktuallığında olan gender bərabərliyi məsələsi də onun əsərlərində geniş yer alıb. Bu isə müasir dövrümüzün ən böyük çağırış və elementlərindəndir. Bu gün 8 əsr əvvəl yazılmış Nizami poeziyasının hələ də günün çağırışlarına cavab verdiyinin şahidi oluruq. Onun əsərləri beynəlxalq təşkilatlar kimi bizim təşkilatın da təbliğ etdiyi sülh, mübadilə, dialoq kimi dəyərləri əks etdirir.

Bu böyük mütəfəkkir, filosof və şair əsərləri vasitəsilə bu gün bəzi ölkələr arasında gərginliyin olduğu, təlatümlərlə dolu dünyada bir çox məsələlərə müəyyən aydınlıq gətirir. Böyük mütəfəkkir və şair Nizami Gəncəvinin 880 illiyinin qeyd edilməsi təqdirəlayiqdir. (azertag)