Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə ithaf olaraq “100 ilin sərvəti” adlı konsert proqramı təqdim olunub.
Konsert proqramında Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti çıxış edib. Leyla Baxışova, Emin İsmayılov, Fidan Məmmədzadə, Ruslan Persan, Sübhan Rüstəmov, Lalə İbrahimova və başqalarının ifasında dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.
Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. (azertag)