- Cəmiyyət, Manşet

Feysbuk üz tanıma sistemini ləğv edib

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi üz tanınması sistemindən imtina etmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi olan “Meta” şirkətinin saytında dərc olunmuş məlumatda deyilir.

“Biz Facebook-un üz tanıma sistemini dayandırırıq. İstifadəçilər artıq foto və videolarda avtomatik aşkarlanmayacaq. Biz bir milyarddan çox insan üçün fərdi üz tanıma şablonlarını siləcəyik”, – deyə məlumatda bildirilir.

Sözügedən qərar istifadəçilərin biometrik məlumatların yayılması ilə bağlı şikayətindən sonra verilib.