Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndidə fəaliyyətə başlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirillib ki, Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində ehtiyat yanacaq çənləri parkında baş vermiş yanğın 2023-cü il sentyabrın 26-da əraziyə göndərilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Hadisə ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə 2023-cü il sentyabrın 27-də FHN-in növbəti 10 xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət şəxsi heyətlə Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və artıq onlar tərəfindən müvafiq işlər həyata keçirilir.