- Cəmiyyət

Fidan, Lavrov və Abdullahian BMT Baş Assambleyası çərçivəsində Astana formatında görüş keçirirlər

Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov və Hüseyn Əmir-Abdullahian BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Astana formatında görüş keçirirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Rusiya və İran XİN başçıları arasında təkbətək qısa görüş olub. Daha sonra Fidan da onlara qoşulub.

Birgə şəkil çəkdirdikdən sonra nazirlər danışıqlar bağlı qapılar arxasında davam etdiriblər. Rusiya və İran xarici işlər nazirlərinin cümə günü ayrı-ayrılıqda görüş keçirəcəyi gözlənilir.

Bir qədər sonra üç ölkənin xarici əlaqələr idarələrinin rəhbərlərinə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersen də qoşulub.