Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya və Ukrayna arasında aparılan danışıqlarla bağlı fikir mübadiləsi aparıb.
APA xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər.
“Bu gün (12 may) xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı Suriya, Qəzza və Ukrayna da daxil olmaqla ikitərəfli məsələlər, regional problemlər müzakirə edilib. Nazir Fidan Suriyanın sabitliyi və rifahı üçün ona qarşı sanksiyaların ləğvinin vacibliyini vurğulayıb. Onlar həmçinin Rusiya və Ukrayna arasındakı danışıqlar prosesindən də danışıblar”, – məlumatda deyilir.