FİFA Rusiya komandasının yarışdan kənarlaşdırılma ehtimalını müzakirə edəcək.
FİFA Ukraynaya hərbi müdaxilə etdiyi üçün Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda Rusiyanın bayrağı və himninin istifadəsini qadağan edib.
Bu barədə FİFA-nın saytında dərc olunmuş press-relizdə məlumat verilib.
Rusiya millisi bayraqsız və himnsiz neytral statusda yarışlarda iştirak edə bilər.
FİFA Rusiyada milli futbol oyunlarını da qadağan edib. Rusiya millisi bütün ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək.
Bundan əlavə, FİFA Rusiya komandasının yarışdan kənarlaşdırılma ehtimalını müzakirə edəcək.