- Mədəniyyət

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib

Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilk konsert proqramı baş tutub.

APA xəbər verir ki, tədbirdə hökumət nümayəndələri, incəsənət xadimlərinin iştirak edib.Mədəniyyət nazirinin birinci müavini Sevda Məmmədəliyeva çıxışında bəstəkarın yaradıcılığından söz açıb. O bildirib ki, “Nizami” simfoniya, “Sevil” operası, “Min bir gecə” baleti bəstəkarın musiqi irsinin qiymətli nümunələridir.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor, Əməkdar artist Fuad İbrahimov, və solist, Xalq artisti Yeganə Axundovanın ifasında bəstəkarın əsərləri səsləndirilib.