- Mədəniyyət

Fikrət Əmirovun 100 illiyi Filarmoniyanda qeyd olunub

Noyabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, gecədə Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri çıxış edib.
Daha sonra konsert proqramı təqdim olunub.
Xalq artistləri Yeganə Axundova (fortepiano), Teyyub Aslanov (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Lalə İbrahimova (soprano) çıxış ediblər. Orkestrin ifasında bəstəkarın “1001 gecə” baletindən “Şəhrizadın bayramı”, “Sevil” operasından Dilbərin ariyası, H.Cavidin “Şeyx Sənan” dramından “Kor ərəbin mahnısı”, Kürdi-Ovşarı simfonik muğamından fraqment, fortepiano və Xalq Çalğı Alətləri Orkestri üçün 3 hissəli konserti təqdim edilib.