- Mədəniyyət

Filarmoniyada bayram konserti təşkil olunub

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş möhtəşəm konsert təşkil olunub.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Bədii rəhbər və baş dirijor Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru (bədii rəhbər Əməkdar incəsənət xadimi Dilarə Əliyeva) və konsertmeysterlər Elxan Niftiyev, Şahin Yaqubzadə, Yusif Əli-zadə (zərb alətləri), Eldar İsababayevin (bas-gitara) müşayiəti ilə solistlər Adil Baxışlı, Leyla İbrahimova, Emin Məmmədov, “Güləbatın” kvarteti, İsmayıl Pənahov və Yekaterina İsayeva tamaşaçılar qarşısında bir-birindən maraqlı musiqi nümunələri ilə çıxış edərək dinləyiciləri Yeni ilin sehrinə qərq ediblər