- Mədəniyyət

Filarmoniyada görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səslənib

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkarlar Soltan Hacıbəyovunun anadan olmasının 105, İsmayıl Hacıbəyovun isə 75 illiyinə həsr edilmiş konsert keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə musiqişünas Vəfa Abbasova dinləyicilərə hər iki bəstəkarın yaradıcılığı haqqında məlumat verib və onları konsertlə bağlı məlumatlandırıb.

Daha sonra bədii rəhbər və baş dirijor Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilər qarşısında çıxış edib. Proqramda hər iki bəstəkarın əsərləri yer alıb.