Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı tədbir təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbirdə milli musiqi alətlərimiz haqqında məlumat veriləcək, onların xüsusiyyətləri barədə danışılacaq.
Tədbir çərçivəsində konsert proqramı da nəzərə tutulur.
Konsertdə ifaçıları Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.