M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş “Xoş ovqatlı mahnılar” adlı müəllif konserti keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər – Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Almaz Orucova və Nuriyyə Hüseynova, respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli, Nurlana Abdullayeva, Leyla Dadaşova, Səbinə Əlizadə, Fikrət Məmmədov, Fəxri Kazım-Nicat, Kamran Teymurov (tar), Seymur Mürsəlov (tar) və Rəvanə Qurbanova dinləyicilər qarşısında çıxış ediblər.
Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.