- Dil

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İB-nin 2024-cü il üçün illik hesabatı

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi (FADMM) 2024-cü ildə də ədəbi dilimizin qorunması yolunda monitorinqlər aparmaqla müxtəlif sahələrdə dil normalarının pozulması halları ilə mübarizəsini davam etdirib. Belə ki:
23 may 2024 -cü ildə FADMM -in təşəbbüsü ilə ziyalılar Prezidentə dilimizə daxil olan əcnəbi mənşəli terminləri araşdırıb zərurət yaranarsa, ana dilimizin daxili imkanları hesabına yeni sözlərlə əvəz edə biləcək müvafiq qurumun yaradılmasına böyük ehtiyacın olması ilə bağlı müraciət etdilər. Müraciətdə səhiyyə, təhsil, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində əcnəbi dillərdən alınma terminlərin xüsusilə çoxluq təşkil etdiyini nəzərə çatdıraraq müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla biləcəyi vurğulanırdı.
Bu müraciəti edənlərin arasında respublikanın tanınmış imzaları var. Müraciət 8 xəbər saytında (bakupost.az”, “bizimyol.info”, pressklub.az”, “tezadlar.az”, redaktor.az”, medianews.az”, “qazilər.az”, azpost.info”) dərc edilb.

FADMM-in sədri Vasif Sadıqlının təşəbbüsü ilə  Prezidentə edilən müraciətdən sonra
iyulun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Mərkəzin sədr müavini  Gülyaz Əliyeva iştirak edib.

Əlavə olaraq monitorinq nəticəsində müxtəlif tarixlərdə fərqli obyektlərdə  ədəbi dil normalarının pozuntuları ilə bağlı məktubla müraciətlər edilmiş və həllinə nail olunmuşdur:

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə (metrolardakı reklam lövhələrindəki dil pozuntularına görə);
ADY-yə (qurumun adının bəzi ünvanlarda və qurumun tərkibinə daxil olan obyektlərin adlarının yazılışında olan dil qüsurlarına görə);
Azərbaycan Dövlət Reklam Agentliyinə
(ictimai iaşə obyektlərinin adı, menyusu və qəbzlərinin əcnəbi dildə olmasına görə);
Bakı şəhər 1 saylı ASAN xidmət mərkəzinə
(giriş qapısındakı lövhədə çoxsaylı səhvlərə görə);
Əqli Mülkiyyət Agentliyinə
(Azərbaycan dilindən istifadə olunmayan bir neçə kafe və restoranlar haqqında);

Aşağıda il ərzində Mərkəz üzvlərinin KİV-də dərc edilən yazılarının natamam siyahısını veririk:

Vasif SADIQLI:
“Oğru jurnalist özünü necə yandırdı?” (27.02.2024. “kamilinfo.net”);
“Açıq baş/Başı açıq – başa papaq geyinməyənlərin yaşadığı ərazi” (21.07.2024. “kamilinfo.net”);
“Oğurluq qızdan gəlindən həyalı bir sənət idi və ya bir plagiat haqqında” (06.03.2024. “Bakupost.az”, “kamilinfo.net”);
“Təşəkkür əvəzinə hədə yolunu tutanlar” (12.09.2024. “kamilinfo.net”);
“Onlar indi hər yerdədir” (08.09.2024. “kamilinfo.net”);
“Pul sevdası başa girəndə məsuliyyət tətilə çıxır?” (06.09.2024. “kamilinfo.net”);
“Həm iman akkumliyasiya edir, həm yıxılan evi dikəldir” (12.07.2024.”kamilinfo.net”);
“Bakı Metropoliteni” QSC-nin aparat rəhbərinin təkəbbür, iddia və səhvlərlə dolu cavab məktubuna dair” (01.11.2024. “kamilinfo.net”);

“Orfoqrafik xaos: Qayda dəyişiklikləri dilimizə necə təsir edir?” – müsahibə (10.12.2024. “azedu.az”)

Gülyaz ƏLIYEVA:
“Vicdan dedikləri” (08.01.2024. “kamilinfo.net”);
“Dədəm babam amanatı…” (20.02.2024. “kamilinfo.net”);
Əcnəbi dillərin Bakını işğalı, yazıçı Anara açıq məktub və hikkəli cavab” (18.03 2024. “bakupost.az”, kamilinfo.net”);
“Son dövrün bəlası: bullinq” (24.02.2024.”kamilinfo.net”, 25.02.2024. “mektekgushesi.az”, “rezonans.az”, “innews.media”);
“Məktub düz ünvanlanmadımı?” (17.03.2024. “bakupost.az”, “kamilinfo.net”);
“Ax Paris, Paris” (22.10.2024. “kamilinfo.net”);
“Milli dəyər” (18.09.2024. “kamilinfo.net”);
“Əfəndilər, bən bəkliyorum” (28.06.2024. “kamilinfo.net”),

“Nəbadə ağlınız çaşa” (20.06 2024. “kamilinfo.net”);
“Bir mahnının izi ilə” (08.09 2024.”kamilinfo.net”);
“Qaragilə” (29.08.2024. “kamilinfo.net”);
“Ax Paris, Paris…” (22.10.2024.”kamilinfo.net”);
“Xəzan fəsli olan sarı payızda doğulanlarln aqibəti”. (“525-ci” qəzet, “kulis.az”, “iklim.az”, kamilinfo.net”);
“Noxud üstündə yatan şahzadəmiz” (22.08.2024. “kamilinfo.net”);
“Tikandan bərgi-gül…” (01.08 2024. “525-ci” qəzet, “kulis.az”, “bakupost.az”, “iklim.az”, kamilinfo.net”);

“Bizi gələcəyə bağlayan ən etibarlı körpü – Azərbaycan dilini necə qoruyuruq?” – müsahibə (01.08.2024. “yenicag.az”)
“Dikənlərdən çiçəklər” (01.08.2024. “tarihistan.org”);
“Bu sevda nə sevdadır?” (22.08.2024. “kamilinfo.net”).

Aygün ƏZİZ:
“AMEA Nəsimi adına Dilçilik İnstitutunda Lüğət Fondunun rəhbəri, professor İsmayıl Məmmədli ilə Dövlət Tərcümə Mərkəzinin çap etdiyi orfoqrafiya lüğəti barədə müsahibə”
(22.01.2024.  “kamilinfo.net”);

“Ana dilim – şirin dilim” (21.02.2024. “kamilinfo.net);

“Səba, əğyardan pünhan, qəmim dildarə izhar et!” (12.03.2024. “kamilinfo.net”);

“21 mart bayramların bayramlara qarışdığı tarixdir” (21.03.2024. “kamilinfo.net”);

“Övladlıq və vətəndaşlıq məsuliyyəti” (24.08.2024. “kamilinfo.net”);
“Təhsil haqqında” (29.08.2024. “kamilinfo.net”);
“Öz dilinizə özgə sərvəti kimi baxıb məhv etməyin” (30.08.2024. “kamilinfo.net”);

“Azərbaycanda tərcümə nə vaxt böhrandan qurtulacaq?” – müsahibə (29.09.2024. «azerbaijan-news.az»)

“Bura vətəndir, gülü bitəndir, dili itəndir…” (19.12.2024. “kamilinfo.net).

Fuad İSLAMZADƏ

“Şifahi və yazılı nitqin qələti-məşhurları” (06.03.2024. “bakupost.az”, “kamilinfo.net”).

Vüsalə MƏMMƏDLI
“Korporativ slenqlər haqqında” ( 07.02.2024. “kamilinfo.net”);
“Dilimiz mənəvi dəyərlərimizin ən qiymətlisidir” (15.05. 2024. “kamilinfo.net”);
“Dilimizə vurulan yaralar” (20.08.2024. “kamilinfo.net”);
“21 Fevral Ana Dili Günüdür” (21.02.2024. “kamilinfo.net”).

Fizzə HEYDƏROVA

“lki və ya daha çox rəsmi dili olan 20 ölkə” (27.12.2024. “kamilinfo.net”)

Cəbrayıl HƏŞİMOV
“Ana dili ‐Anamın dili” (20.02. 2024. “kamilinfo.net”).

Bunlardan başqa,  bu il “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif Sadıqlınin üç illik gərgin əməyinin nəticəsi olaraq həmmüəllif olduğu “Ağız sözlüyü” kitabı Türkiyədə, Füzulinin 530 illiyi ilə əlaqədar “Füzuli. Qəzəllər. İzahlar və şərhlər Vasif Sadıqlınındır” kitabı Bakıda nəşr olunub.

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin mətbuat xidməti