- Dil, Manşet

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İB-nin yarımillik hesabatı

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi (FADMM) 2023-cü ilin I yarısında da ədəbi dilimizin iştirak etdiyi bütün təzahürləri əhatə edən monitorinqlər aparmaqla ədəbi dil normalarının pozulması halları ilə mübarizəsini davam etdirib.
Belə ki:

FADMM-in təşəbbüsü ilə 13.02.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində (DDK MM) “Türk ad və soyadlarının transliterasiyası” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Mərkəzin üzvü Aygün Əziz iştirak edib. İclasın yekununda qərara alınıb ki, qeyd edilən nöqsanların aradan qaldırılması və vahid meyarın müəyyən edilməsi üçün AMEA Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyinə müraciət edilsin, DDK MM və FADMM-in iştirakı ilə görüş keçirilsin. Bu barədə informasiya tehsil.biz və monitorinqmerkezi.az saytları tərəfindən geniş işıqlandırılıb.

01.2023-cü il tarixdə AYB-nin Natəvan Klubunda yazıçı Seyran Səxavətin təşəbbüsü ilə tanınmış media nümayəndələri və yazıçıların iştirakı ilə “Dilimiz” adlı tədbir keçirilib. FADMM üzvü Aygün Əziz tədbirə dəvət olunub və onun təəssüratları məqalə şəklində mətbuatda dərc olunub.

Aşağıda yarımil ərzində Mərkəz üzvlərinin KİV-də dərc edilən yazılarının natamam siyahısını veririk:

Gülyaz ƏLIYEVA: “Naqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımıza yamamışıq”, kamilinfo.net (03.02. 2023)
“Ucuzluq”, kulis.az (03.02.2023)
“Zənginlik içində ucuzluq”,  turaz.org  (03.02. 2023)
“Karvan-karvan qəm yüklü…”, kamilinfo.net (17.02. 2023)
“Niyə ana dili?”, kamilinfo.net (21.02.2023)
“Hello, təbrikello”, kamilinfo.net (25.07.2023)

Aygün ƏZİZ: “Xalqa təqdim edilən hinduşka, təqaüdə göndərilən təyyarə və reproduktiv marallar haqqında”, kamilinfo.net  (10.02.2023)

“Dildə anarxiya olmaz”, edebiyyatqazeti.az  (18.02.2023), moderator.az (19.02.2023)

“Ziyalılarımız dözməyib ayağa qalxıblar” kulis.az  (20.02.2023)

“Dili şikəst edənlər”. Yeniyaz.az (21.02.2023)

Vasif SADIQLI:
“Yoxdu bu rüsvaylığın dərdinə dərman, ey TƏBİB!”, kamilinfo.net (04.05.2023)
“İliç bağı necə “Muğan bağı” oldu?”, kamilinfo.net (07.05.2023)

Cəbrail HƏŞİMOV:

“Dəli şeytan və dilimiz”, kamilinfo.net (10.03.2023)
“Bir daha dil problemləri barədə”, kamilinfo.net (11.03.2023)
“Dil təəssübkeşliyi barədə”, kamilinfo.net (01.04.2023)
“Üslubi fiqurlar haqqında”, kamilinfo.net (17.06.2023)

 Sima CƏFƏROVA:

“İki cür yazılanı da var, üç cür yazılanı da”, kamilinfo.net  (02.03.2023)
“Birinci Türkoloji Qurultayın gizli məqamları” kamilinfo.net (26.03.2023)

Pərvanə BAYRAMQIZI:

“Düşünülmüş pislikləri “zərərsizləşdirək”, kamilinfo.net (14.01.2023)

“Ana dilimizi savadsızlardan yox, “ziyalılar”dan qorumalıyıq”, kamilinfo.net (10.04.2023)

“Dili məhəbbətin başlanğıcı bilək!”, kamilinfo.net (01.04.2023)

“Baninin bəyənmədiyi dil”, adalet.az  (18.04.2023)

“ Ana dilini öldürənlərlə dili üçün ölənlər”, kamilinfo.net  (21.02.2023)

Fİzzə HEYDƏROVA:
“Dil şəhidlərinin xatirəsi”, kamilinfo.net (21.02.2023)
“Rusiyanın Ukrayna mədəniyyəti və dilinə “qardaşlıq qayğısı” barədə qeydlər”, kamilinfo.net (02.04.2023)

Fevral ayında tanınmış bir naşirin Azərbaycan ədəbi dilini türk dili ilə əvəz etmək barədə cəfəng təklifi çox ciddi etirazlara səbəb oldu. Dövlətimizin rəsmi Azərbaycançılıq ideologiyasına zidd olan və dövlətçiliyimiz üçün təhlükə doğuran bu fikir ziyalılar tərəfindən kəskin tənqid edildi. FADMM üzvləri ölkənin tanınmış ziyalılarından bu barədə açıqlama alıb, onların mətbuatda dərc edilməsini təmin etdi:

Zümrüd DADAŞZADƏ:
 “Hansı bir təfəkkür sahibi olmalısan ki, öz dilini  belə alçaldasan?”, kamilinfo.net (20.02.2023)

Aybəniz Rəhimova: “Dövlət dilinə bu cür münasibətə xəyanət kimi baxıram”, kamilinfo.net (18.02.2023)

Nəriman QASIMOĞLU: “Azərbaycan ədəbi dili ilə,, dövlət dili ilə işləri olmasın”, kamilinfo.net (18.02.2023)

Rasim HEYDƏROV: “Milli dil həm də milli dövlətin və müstəqilliyin rəmzidir”, kamilinfo.net (18.02.2023)
Zaur İLHAMOĞLU: “Bir millət, bir dil olsun?”, kamilinfo.net (17.02.2023)
Afaq YUSİFLİ: “Bu cür bir fikrin səsləndirilməsi milli-mənəvi dəyərlərə xəyanətdir”, kamilinfo.net (20.02.2023)

Şəhla MƏCİDOVA: “Mənim dilim bütövcə bir şeirmiş”, kamilinfo.net (19.02.2023)

Seyran SƏXAVƏT: “Çox qeyri-ciddi yanaşmadır”, kamilinfo.net (19.02.2023)
Afaq VASİFQIZI: “Anamın kitabı”nı bir də oxuyaq”, kamilinfo.net (19.02.2023)

Elçin İSMAYILOV: “Şirin dilimizi, ana dilimizi dəyişməyə yox, inkişaf etdirməyə çalışmalıyıq”, kamilinfo.net (19.02.2023)

Seyfəddin ALTAYLI: “Dilimizә, tariximizә vә kökümüzә xәyanәtdir”, kamilinfo.net (18.02.2023)

Səadət ŞIXIYEVA: “Cinayət tərkibli bu əməlin qarşısı dərhal alınmalıdır”, kamilinfo.net (18.02.2023)

İlin I yarısında şəhərdə açıq mıkanda reklam, ad göstəriciləri, piyada məlumat lövhələri və s-də yol verilən dil pozuntuları da qeydə alınaraq onların aradan qaldırılması üçün tədbirlər görülüb.

Aprel ayında Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının girişindəki lövhədə aşkarlanan səhv barədə xəstəxananın səhifəsinə, bu bir nəticə vermədikdə Səhiyyə Nazirliyinə və TƏBİB-ə müraciət edilib və gec də olsa, səhv aradan qaldırılıb.

Görkəmli dilçi alim Əbdüləzəl Dəmirçizadənin adı verilmiş küçədə alimin adı səhv qeyd olunmuşdu. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdən sonra səhv dərhal aradan qaldırılıb.

Bakının Səməd Vurğun bağı ətrafındakı piyada məlumat lövhələrindəki xeyli səhvlər aşkarlanıb.

Bu haqda Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müraciət edilib. İki dəfə müsbət xarakterli cavablar verilsə də, səhvlər hələ də tam olaraq aradan qaldırılmayıb.

“Bakı Metropoliteni” QSC-nin xidmətindən gündə yarım milyona yaxın sərnişin istifadə edir. Ona görə metro stansiyalarında və keçidlərdə yerləşdirilmiş reklam mətnlərində olan ədəbi dil xətaları narahatlıq doğurmaya bilməz. Bu barədə iyulun 10-da “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə onların veb-saytlarından elektron müraciət edilib.  Bu haqda kamilinfo.net saytında da yazı dərc edilib. İyulun 11-də təkrar müraciətdən sonra məsələnin araşdırıldığı və tədbir görüləcəyi barədə cavab almışıq.

Bundan başqa, AMEA Dilçilik İnstitutunun azerbaycandilli.az saytındakı lüğətlərdən istifadə zamanı üzləşilən çətinliklərlə bağlı qurumun icraçı direktoru Baba Məhərrəmliyə rəsmi məktubla müraciət edilib. FADMM üzvü Aygün Əziz bu məsələ ilə bağlı instituta dəvət edilib və professor Məsud Mahmudovla görüşüb. Qısa müddətdə resursa 10-a yaxın yeni  lüğət əlavə edilib. Digər lüğətlərdəki nöqsanların aradan qaldırılması ilə bağlı məsləhətləşmələr davam edir.

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin mətbuat xidməti