“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi rüblük (iyul, avqust, sentyabr) hesabatını açıqlayıb. Hesabatda deyilir:
“Mərkəz əsasən, Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi, yeni orfoqrafiya lüğətindəki nöqsanlar, reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi hallarını aşkar etmək üzrə monitorinqlərini iyul – sentyabr aylarında da davam etdirib. Bununla yanaşı, iyul – sentyabr ayları ərzində FADMM yeni layihəyə başlayıb, Mərkəz xaricdə yaşayan azərbaycanlıların ədəbi dil problemləri, ana dilinin xaricdə tədrisi və təbliği, bu sahədəki nöqsan və çatışmazlıqlarla bağlı materiallar hazırlamağa başlayıb. Rüb ərzində FADMM əməkdaşları xaricdə yaşayan azərbaycanlıların assimilasiya riskinin get-gedə daha sürətlə artması təhlükəsindən doğan narahatlıqlarını araşdırmış, ictimaiyyətə çatdırmış, Türkiyə, Kanada, Macarıstan, Şimalı Osetiya-Alaniya Respublikası – Rusiya, Niderland, İsveç, Sankt-Peterburq, Latviyada yaşayan soydaşlarımızın ana dilini öyrənmək üçün açdıqları həftəsonu kurslarının vəziyyəti ilə maraqlanmış, istər diaspora nümayındələri, istər kurs rəhbərləri, istərsə də səfirlik və parlament nümayəndələrəindən məsələ ilə bağlı müsahibələr almışlar.
Mərkəzin əməkdaşı Gülyaz Əliyeva Məhsəti Şərifdən (Türkiyə)
“Məhsəti Şəriflə atüstü söhbət və ya mövzu yenə ana dilidir….”,
Vilayət Quliyevdən (Macarıstan): ” Vilayət Quliyev: “Bunu xaricilər də görür və ana dilini bəyənməyənlərə heç də hörmətlə yanaşmırlar”, Maisə Ağamirzəyevadan (Hollandiya): “Azərbaycan televiziyası açmağı planlaşdırırıq”,
Günay Əliyevadan (Latviya): “Ana dili kurslarımıza digər millətlərin nümayəndələri də maraq göstərir…”; Dürdanə Rəhimzadədən: “Bu məsələyə həm də ölkənin, xalqın, dövlətin təbliği kimi yanaşılmalıdır”, Fizzə Heydərova: Şimalı Osetiya-Alaniya Respublikası parlamentinin deputatı Fuad Kazımovdan: “Vaxt bizim əleyhimizə işləyir”; Bahar Ağayeva İsveçdə yaşayan soydaşımız Sevinc Nəzərlidən: “Adını, soyadını dəyişən, uşağına xarici ad verənlərimiz az deyil”, Şahnaz Kamaldan (Sankt-Peterburq): “Peterburqda bu sarıdan vəziyyət Bakıdan daha yaxşıdır”, başlıqlı müsahibələr almışlar.
Bundan əlavə, Mərkəzin sədri Vasif Sadıqlı: “Kim BİLİR: “İkinci “kruq” nəzəriyyəsinə görədir…”, Gülyaz Əliyeva: ” Cavid prospekti, ana dili və “Avtoş dönər”, Fizzə HEYDƏROVA: “Qafqazın avtoxton dilləri”, “Azsaylı türk xalqlarının ilk onluğu”, “Bu it uşaqları gəlib bizi öldürdü, sonra da adımızı qoydular”, “Təhsilin xilasını ana dilindən imtinada görənlərin miskin arqumentləri”, “Dünyanın ən çətin dili hansıdır?”, “Malagedəndən Vişnəxanma atəşin salamlar”, “Dünya dilləri 100 ildən sonra”, Pərvanə Bayramqızı: “Ziyalının, ziyanlının xorladığı dilim” adlı yazılarla mətbuatda çıxış edib.
Məqalələr və müsahibələr elektron mətbuatda:
“525-ci qəzet”, “dəlidağ”, “təzadlar”, rupor.az”, «kamilinfo.net”, “fnka.ru” və “azerros.ru” saytlarında dərc edilib və və sosial şəbəkələrdə yayılıb. Həmçinin bir neçə haker hücumuna baxmayaraq, FADMM-in bir illik materialları müxtəlif saytlardan və arxivdən tapılaraq bərpa olunub və yenidən oxucuların istifadəsinə verilib
“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin mətbuat xidməti