2 yaşı yenicə tamam olmuş “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi rüblük (yanvar, fevral, mart) hesabatını açıqlayıb. Hesabatda deyilir: “Mərkəz əsasən, Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi, reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi hallarını aşkar etmək üzrə monitorinqlərini yanvar – mart aylarında da davam etdirib. Rüb ərzində FADMM əməkdaşlarından Vasif Sadıqlı, Gülyaz Əliyeva, Sima Cəfərova, Pərvanə Bayramqızı, Fizzə Heydərova ana dilinin problemləri ilə bağlı məqalələr yazıb, müsahibələr alıblar.
Vasif SADIQLI: “Şərifə Cəfəridən: “Coğrafi adlar bunların türk düşmənliyi siyasətinə qurban getdi” başlıqlı müsahibə, həmçinin: “İndi də abreviatur (abbreviatura, abreviatura) anarxiyası haqqında”, “Malorus dili olmayıb, yoxdur və ola da bilməz.. Korlanmış rus dili var”;
Gülyaz ƏLİYEVA: “Ortaqlıq, ya qardaşlıq?”, “Vallah, billah, bura Bakıdır…”, “Xəmir”, Bir qurd çıxsa qarşına…”, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi – 2 yaşın hesabatı”;
Pərvanə BAYRAMQIZI: “Həsən Bicarinin toxunduğu cari problem”, “Uşaqdakı fərasətə bax”;
Fİzzə HEYDƏROVA: “İndi də istifadə olunan qədim dillər”;
Sima Cəfərova: “Azərbaycan dilində durğu işarələri sistemləri” kitabı haqqında bir neçə söz” adlı məqalə;
Pərvanə Qədirsoy” “Aygün Həsənoğlu: “Azərbaycanda haqları ən çox tapdanmış yazıçıyam” başlıqlı müsahibə.
Məqalə və müsahibələr elektron mətbuatda: “kamilinfo.net”,”rupor.az”, “ustacaz woedores.com”, “yazarlar.az”, “dəlidağ.az”, “turaz.org”, “iklim.az” saytlarında dərc edilib və və sosial şəbəkələrdə yayılıb.
“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin mətbuat xidməti.