- Mədəniyyət

“Filumena Marturano” tamaşası yenidən göstəriləcək

Azərbaycan Akademik Milli Dram Teatrında yeni tamaşalardan sayılan “Filumena Marturano” adlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.

Aprelin 29-da göstəriləcək səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır. Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.