- Dil, Köşə, Manşet

Fizzə HEYDƏROVA. Buba və Kiki eksperimenti

“Buba – Kiki” effekti insan şüurunun sözün səs qabığı ilə obyektin həndəsi forması arasında qurduğu uyğunluğa deyilir. Bu effekti 1929-cu ildə alman-Amerika psixoloqu Volfqanq Köhler Tenerife adasında apardığı təcrübə nəticəsində kəşf edib. Köhler iştirakçılara dairəvi və iti bucaqlı iki fiqur göstərib və onlardan hansının “takete”, hansının “baluba” adlandırıldığını müəyyənləşdirməyi təklif edib. Təcrübə Köhlerin fərziyyəsini təsdiqləyib – insanların çoxu yuvarlaq fiquru “baluba”, iti bucaqlını isə “takete” adlandırırıb.

2001-ci ildə nevroloqlar Vileyanur Ramaçandran və Edvard Hubbard Köhlerin eksperimentini ABŞ (ingilis dili) və Hindistanda (tamil) təkrar edərək, formaların adlarını Kiki və Buba ilə əvəz ediblər. İki fiqurdur. Guya başqa planetdən gəliblər. Birinin adı Buba, o birininki isə Kikidir. Sual belə idi: “Təqdim olunan fiqurlardan hansı Buba, hansı Kikidir?” Respondentlərin 95%-i dairəvi fiquru Buba, iti bucaqlını isə Kiki adlandırıb.

Kanadalı alim Dafne Maurer və onun həmkarlarının işi isə göstərib ki, oxuya bilməyən 2 yaşlı uşaqlar da həmin qaydada sözün mənasını onun səs qabığından çıxarır və formasına uyğun fiqurla əlaqələndirirlər. Təcrübədə iştirak edənlər öz seçimlərini əsaslı şəkildə izah edə bilmirlər. İzah təxminən belə səslənir: “Buba yumşaq və tüklü, Kiki isə tikanlı olmalıdır”.

Bu, o deməkdir ki, sözlərin səslənməsi obyektin xüsusiyyətləri ilə bağlıdır. Bəzi insanlar rəngləri görə bilir və ya hərf və rəqəmlərin səslərini eşidə bilirlər. Kiçik uşaqlar dünyanı belə görürlər, lakin sonra bu qabiliyyət yox olur və yalnız az adamda ömürlük qalır.

Bu, lazımsız sensor məlumatların nümunəsidir, beyində bizə lazım olmayan və üst-üstə düşən əlaqələr olduqda baş verir. Beləliklə, hesab edilir ki, 60-80 min il əvvəl meydana çıxan əsas sözlər obyektlərin bəzi əlamətləri ilə açıq şəkildə əlaqəli olub.

Ona görə də bir çox dillərdə bəzi sözlər oxşar səslənir.

Yazı internet materialı əsasında hazırlanıb