Dil səslərdən, sözlərdən və cümlələrdən ibarət bir işarə sistemidir. Hər bir millətin işarələr sistemi qrammatik, morfoloji, fonetik və linqvistik xüsusiyyətlərinə görə unikaldır. Sadə dillər mövcud deyil, çünki hər birinin öyrənmə prosesində öz çətinlikləri var.
Bəs hansı dili öyrənmək daha çətindir? Əksər dillər mürəkkəbdir. Onların arasında bəziləri xüsusilə fərqlənir.
Məsələn, ABŞ Dövlət Departamentinin Diplomatik Xidmət İnstitutunun məlumatına görə, ərəb, Çin və yapon dilləri ən mürəkkəb dillər hesab olunur. Fin, macar və eston dilləri də halların çoxluğuna görə çətin dillər sırasındadır. Bu dillərdə tələffüz Asiya dillərindən daha çətindir, çünki uzun ağlasığmaz dərəcədə uzun samitlər birləşməsi var. Dillərin çətinliyi tək bununla məhdudlaşmır.
Bir çox səbəbdən mürəkkəbliyinə görə ilk sırada Çin dili dayanır. Məsələn, yazıda istifadə edilən heroqliflər çox qəliz və qədimdir. Bir söz bir neçə fonetik olmayan ayrı-ayrı simvolla işarələnir, bu da sözün necə səslənməsi barədə qəti heç bir təsəvvür yaratmır. Ton sistemi də işi asanlaşdırmır, çünki Çin dilində dörd ton var. Daha bir səbəb – Çin dilində həddən artıq çox omofon var.
Məsələn, “şı” sözü otuz fərqli omofonla bağlıdır. Hətta bəzi adamlar Çin dilini fəqliliyinə və mürəkkəbliliyinə görə öyrənmək istəyir.
Ərəb dilinin çətinliyi əsas yazılışındadır. əksər hərflərin dörd fərqli yazılışı var. Uzun saitlər yazıya daxil edilmir. Səslər mürəkkəbdir, sözlər daha da mürəkkəbdir. Avropa dillərindən birini öyrənən ingilisdilli tələbə ona tanış olan xeyli sözə rast gələcək. Ancaq həmin tələbə ərəb dilini öyrənərkən heç bir tanış sözə rast gələ bilməz. Indiki zamanın 13 forması, ismin üç halı və iki cinsi var. Daha bir problem dialektlərdir. Mərakeşdə işlənən ərəb dili Misirdəki ərəb dilindən fransız dili ispan, yaxud latın dilindən fərqləndiyi kimi fərqlənir.
Tuyuka şərqi Amazonkanın dilidir. Onun səs sistemi o qədər də mürəkkəb deyil: sadə samitlər və bir neçə burun saitləri. Amma aqlütinasiya! Məsələn, “hоabаsiriga” sözü “bilmirən necə yazım” mənasını verir. Tuyuka ailəsi dillərinin ən maraqlı cəhəti odur ki, danışanın danışdığı barədə məlumatı hardan aldığını göstərməsi üçün xüsusi feil sonluqlarından istifadə etmək lazımdır. Məsələn, “Digaape-wi” oğlan futbol oynayırdı (bilirəm, çünki görmüşəm) mənasını verir. İngilis dilində bu barədə demək də olar, deməmək də, ancaq tuyukada bu sonluq mütləqdir. Belə dillər danışanı dediklərini hardan bildiyi barədə düşünməyə məcbur edir.
Çətin dillərdən olan macar dilində 35 hal, yaxud ismin forması var. Təkcə bu macar dilini öyrənmək üçün ən çətin dillər siyahısına daxil edir. Macar dilində xeyli sayda eksperssiv idiom, xeyli sayda çəkilçi var. Çoxlu sayda sait və onların səslənməsi (boğazın dərinliyində) bu dili səslənmə üçün çətinləşdirir. Bu dili öyrənib lazım səviyyədə saxlamaq üçün digər dillərdən daha çox səy göstərmək lazımdır.
Yapon dili yazının səslənmədən fərqlənməsinə görə çətin hesab olunur. Yəni yazmağı öyrənməklə bu dildən danışmağı yaxud danışmağı öyrənməklə yazmağı öyrənmək mümkün deyil. Bundan əlavə, yazının üç sistemi var. Kandzi sistemi Çin heroqliflərindən istifadə edir. Tələbələr 10 mindən 15 minə qədər heroqlif öyrənməlidir (yalnız əzbərləmək lazımdır, heç bir mimik üsullar kömək etmir). Bundan əlavə, yazılı yapon dilində iki heca əlifbasından istifadə edilir: başqa dillərdən götürülən sözlər üçün katakana və şəkilçilərin, qramatik ədatların yazılması üçün xiraqana.
Navaxo dili də ən mürəkkb dillər siyahısındadır. Ikinci Dünya Müharibəsi zamanı radio ilə məlumatların göndərilməsi üçün (ratsiyada işləyənlər arasında navaxoda danışan bilinqvalar olub) kod qismində istifdə edilib. Bu üsulun üstünlüyü ondadır ki, məlumatı sürətlə şifrələmək olurdu. Yaponlar bu koddan baş aça bilməyib. Navaxo təkcə çətinliyinə görə deyil, həm də bu dil üçün lüğətlərin və qramatiklərin dərc olunmaması, daşıyıcılarının isə olmasına görə səbəbindən seçilmişdi.
Bu dildə hər şey ingilis dilindən fərqli edilir. Məsələn, ingilis dilində feildə təkcə üçüncü şəxsin təkini (indiki zamanda) şəkilçi ilə qeyd edirik. Navaxoda bütün feldə bütün şəxslər önşəkilçi ilə fərqlənir.
Eston dilində çox mürəkkəb hal sistemi var. Bu dildə slavyan dillərindən iki dəfə çox – 12 hal var. Bundan əlavə, bu dildəki qaydalarda həddən artıq istisnalar var, bir çox sözlər bir neçə məna daşıya bilər.
Bask dili də mürəkkəb dillər sırasındadır, bu dildə 24 hal var. Bask dilini hansısa Hind-Avropa dili ilə bağlamaq mümkün deyil. Mümkündür ki, o, Avropada ən qədim dildir. Bask dili aqlütinativ dillərə aiddir, yəni burda yeni sözlər düzəltmək üçün şəkilçilər, önşəkilçilər və infikslərdən istifadə edilir. Ancaq sözdə təkcə feilin sonluğu deyil, əvvəli də dəyişir. Bask dilində Hind-Avropa dillərindəki adi feil formalarında əlavə formalar var, məsələn, potensial feil forması.
Polyak dilində 7 hal var, qramatikasında isə istisna qaydadan çoxdur. Məsələn, alman dilində 4 hal var və hamısı da məntiqlidir. Polyak hallarının öyrənilməsində isə məntiq və qaydaların öyrənilməsinə daha çox vaxt və güc tələb olunur, bəlkə də, bundan ötrü əvvəl danışıq dilini öyrənmək lazım olacaq. Bundan əlavə, polyaklar onların dilində danışan əcnəbilərlə nadir halda söhbət edirlər. Çünki əcnəbi polyak dilində danışanda tələffüzə fikir verməlidir, əks halda ona başa düşmək çətin olacaq.
İsland dilinin öyrənilməsi axraik lüğət tərkibi və mürəkkəb qramatikasına görə çox çətindir. Bu dildə ismin bütün qədim hallandırmaları və feilin dəyişmələri qalıb. Bir çox island fonemlərinin ingilis dilində analoqu yoxdur.
Rus dili dünyanın ən çətin dillərinin ilk üçlüyündə yer alıb. Bu dilin əsas mürəkkəbliyi vurğunun sərbəstliyindədir. Məsələn, fransız dilində vurğu həmişə sonuncu hecaya qoyulur. Rus dilində isə istənilən hecada ola bilər: həm əvvəldə, həm ortada, həm də sözün axırında. Bir çox leksik vahidin mənası vurğunun yerinə görə müəyyənləşir. Həmçinin çoxmənalı sözlərin mənası da cümlənin konteksində müəyyənləşir. Digər linqvistik vahidlər yazıda fərqlənə bilər, lakin deyiliş eynidir. Rus dili ən çox sinonimi olan dillərdəndir. Punktuasiya də böyük məna yükü daşıyır: bir vergülün olmaması cümlənin mənasını tamamilə dəyişər.
Tabasaran dili mürəkkəbliyinə görə Ginnesin “Rekordlar kitabı”na salınan nadir dillərdən biridir. Bu dildə ismin 46 halı var. Dağıstan xalqlarının dillərindən biri olan tabasaran dilində önlük yoxdur. Dildə üç dialekt var və hər biri müəyyən tələffüz qrupunu özündə birləşdirir. İşarələr sistemində fars, Azərbaycan, ərəb, rus və digər dillərdən götürülən işarələr var.
Eskimos dili də dünyanın mürəkkəb dillərindən bir sayılır. Buna səbəb dildə çoxsaylı zaman formalarının olmasıdır. Təkcə indiki zamanın 63 forması var. Hal formasının 200-dən artıq fleksiyası mövcuddur (sözün sonluq, önşəkilçi, şəkilçi vasitəsilə dəyişməsi). Eskimos dili obrazlar dilidir. Məsələn, “internet” sözü eskimoslarda “qatlar içindən səyahət” mənası verəcək. Eskimos dilinin işarə sistemi ən mürəkkəblərdən biri kimi görə Ginnesin “Rekordlar kitabı”na düşüb.
Əcnəbi dil doğma dildən nə qədər fərqlənsə, onu öyrənmək bir o qədər çətindir. Əgər dildə məntiq yoxdursa (məsələn, ingilis dilində cəm şəklində sözün sonuna – s, yaxud es əlavə edilir, ərəb dilində isə sözləri əzbərləmək lazımdır və bu da vaxt tələb edir), bu, onun öyrənilməsini bir qədər də çətinləşdirir.
Yazı İnternet materialları əsasında hazırlanıb.