- Dil, Köşə

Fİzzə HEYDƏROVA. İndi də istifadə olunan qədim dillər

Dillərin inkişaf prosesi maraqlıdır. O da bioloji təkamül kimidir – bu, hər dəqiqə, nəsildən-nəslə baş verir, ona görə də bir dilin harada bitdiyini, digərinin harada başladığını müəyyən etmək çətindir. Beləliklə, bir dilin digərindən daha qədim olduğunu deyə bilmərik; onların hamısı bəşriyyətlə həmyaşdır. Bununla belə, aşağıda təsvir olunan dillərin hər birinin xüsusi bir cəhəti var – qədimlik elementləri və bu, onları başqalarından fərqləndirir.

Dünyada insanların gündəlik həyatda istifadə etdikləri bir neçə qədim dil bu günə qədər qorunub saxlanılıb. Onların bir neçəsini detallı şəkildə nəzərdən keçirməyə dəyər.

İvrit dili. Bu dillə bağlı çox maraqlı situasiya olub. Məsələ burasındadır ki, bu dildən bizim eradan əvvəl 400-ci ildən istisnasız olaraq yalnız ibadətdə istifadə olunub. Bizim eranın 14-20-ci yüzilliklərində ivrit az tanınan dildən İsrailin milli dilinə çevrildi.

Tamil dili. Bu dildə danışanların sayı 78 milyondur. Onlar Hindistan, Şri-Lanka və Sinqapurda yaşayır. Bu dil bu günə qədər gəlib çıxan yeganə qədim istiqamətdir. Alimlər eramızdan əvvəl 3-cü yüzilliyə aid müvafiq yazılar tapıb və həmin vaxtdan bu dil aktiv şəkildə istifadə edilərək bu günə qədər qorunub.

Litva dili. Eramızdan təxminən 3500 il əvvəl Avropa ölkələrinin bir çox dilləri bir-birindən ayrılmağa başlayıb. Onlardan onlarla dil yaranıb və oxşar əlamətləri tədricən aradan qalxıb. Ancaq Litva dili qorunub saxlanılıb, bu dildə mənbəyinə analogiyanı qoruyan xeyli qrammatik qayda və səslər var.

Farsi dili. Bu dildə İran, Əfqanistan, Tacikistan ərazisində danışılır. Bu, qədim fars dilinin nəticəsidir, hərçənd müasir versiyası bizim eranın 800-ci ilində formalaşıb.

İsland dili. Skandinaviya qrupuna aid olan Hind-Avropa mədəniyyəti, onun inkişafı mümkün qədər mühafizəkar şəkildə gedib, belə ki, bir çox ilkin xüsusiyyətləri öz orijinal formasını qoruyub saxlayıb.

Makedoniya dili.  Slavyan dil qrupuna aiddir və başqa dillərdən ayrıldıqdan sonra da ilkin xüsusiyyətlərini qoruyub saxlayıb. 9-cu əsrdə xristianlıqla birlikdə şimala yayılıb. Müasir Makedoniya dili slavyan kilsəsinin qədim dilinə çox bənzəyir.

Bask dili. Bu gün Fransa və İspaniyada yaşayan basklar bu dilin daşıyıcısı kimi çıxış edirlər. Bununla belə, roman qrupu ilə ortaq xüsusiyyətləri yoxdur, öz də bu dil bu torpaqlarda çox əvvəllər meydana çıxıb.

Fin dili. Uzun müddətdir, xüsusən də yazıda istifadə olunmurdu, lakin tarixi son dərəcə maraqlıdır və uzaq keçmişə söykənir. Fin dili eston və macar dilləri ilə birlikdə fin-uqor dil ailəsinə aiddir. Bu dildə çoxlu alınma söz var, lakin onların forması orijinala yaxındır.

Gürcü dili. Bu, bütün Qafqazda antik dövrün ədəbi ənənəsinin qorunub saxlandığı yeganə dildir. Bask dili kimi təcrid olunmuş bir dil olmasa da, dünyada cəmi dörd kartvel dili var və bunların hamısı Gürcüstan ərazisindəki milli azlıqlar tərəfindən istifadə olunur və heç birinin dünyanın heç bir dili ilə əlaqəsi yoxdur.

İrland gel dili. Bu dildə az sayda irland danışır, lakin Kelt qrupuna və Hind-Avropa ailəsinə aid olaraq öz tarixi var.

Bu dil germanların adalara gəlməsindən çox əvvəl mövcud idi. Həm də şotland dialektinin banisidir.

Yazı İnternet materialları əsasında hazırlanıb