“Fransa Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasına başlanmasını dəstəkləyir. Eyni zamanda, bu problemin həlli üçün sülh mühitinin yaradılmasını vacib hesab edir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Fransanın Ermənistandakı səfiri Ann Luyo deyib.
“Əlbəttə, Fransa hesab edir ki, sərhədlərin demarkasiyası və delimitasiyasına nail olmaq vacibdir. Biz də beynəlxalq ictimaiyyət kimi tərəfləri bu prosesi sülh yolu ilə nizamlamasına çağırırıq”, – səfir bildirib.