- Cəmiyyət

Fransa istehsalı “Mirage 2000” döyüş təyyarələrinin ilk partiyası Ukraynaya gətirilib

Fransa istehsalı olan “Mirage 2000” döyüş təyyarələrinin ilk partiyası Ukraynaya gətirilib.

Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” hesabında məlumat yayıb.

Nazir bildirib ki, yeni təyyarələri Fransada təlim keçmiş ukraynalı pilotlar idarə edəcək.

Ümumilikdə Ukraynaya 10 eyniadlı döyüş təyyarəsi veriləcək.