- Cəmiyyət

Fransa paytaxtında iğtişaşlar olub, 100-dən çox saxlanılan var

Fransa hüquq-mühafizə orqanları “Sarı jiletlilər” hərəkatı tərəfdarlarının Parisdə nümayişi zamanı 100-dən çox adamı saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə polis prefekturasının mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları dəfələrlə paytaxtın müxtəlif ərazilərində, xüsusən Port Sen-Klu yaxınlığında, Kolumbiya meydanında və Trokaderoda əməliyyatlar həyata keçiriblər.

İğtişaşlarda ümumilikdə 103 nəfər saxlanılıb.