- Cəmiyyət

Fransa Prezidentinin iqamətgahına içərisində insan barmağı olan zərf göndərilib

Fransada Yelisey Sarayına içərisində insan barmağı olan məktub göndərilib.

“Report” xəbər verir ki, bu barədə “Valeurs Actuelles” məlumat yayıb.

Qeyd olunub ki, bu, Fransa Prezidentinin Parisdəki rəsmi iqamətgahıdır.

İyulun 9-10-da saray yazışma xidməti poçtla məktub alıb. Zərf açılan zaman onun içində insan barmağı aşkarlanıb. Hadisə ənənəvi olaraq iyulun 14-də qeyd olunan Bastiliya Günü milli bayramı ərəfəsində baş verib.

Barmaq polisin yeməklərini saxladığı soyuducuya yerləşdirilib.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibi olan şəxsi tapıblar.

Amma təfərrüatlar məlum deyil. Yelisey Sarayı vəziyyəti şərh etməkdən imtina edib.