- Cəmiyyət

Fransa Ukraynaya PUA-lara qarşı müdafiə sistemləri verəcək

Fransa yaxın həftələrdə Ukraynaya radar və hava hücumundan müdafiə sistemləri tədarük edəcək

Modern.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron çərşənbə günü bildirib.

O qeyd edib ki, Ukraynaya xüsusilə pilotsuz uçuş aparatlarından (PUA) müdafiə olunmaq üçün silahlar veriləcək.

“France 2” televiziyasına müsahibə verən Makron konkret hansı tip silahın təhvil veriləcəyi barədə danışmayıb.

Fransa bundan əvvəl Ukraynaya “Mistral” hava hücumundan müdafiə sistemləri göndərib.