Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskinli olacağı gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.