- Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında Əzim Əzimzadənin yubileyinə həsr olunmuş sərgi keçirilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində tanınmış rəssam, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin 140 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgidə Gəncənin istedadlı rəssamları Mehdi Hüseynov, Cavanşir Məmmədov, Sevil Əliyeva, Aynur Hüseynzadə, Jalə Namazova, Mədinə Məmmədova və Sailə Əzizova öz əsərləri ilə iştirak ediblər.

Görkəmli rəssam Əzim Əzimzadənin əziz xatirəsinə həsr olunmuş sərgidə portret, peyzaj, natürmort janrında 32 rəngkarlıq nümunəsi nümayiş etdirilib.