- Cəmiyyət

G7 dekabrın 13-də sammit keçirməyi planlaşdırır

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri gələn həftə onlayn sammit keçirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Danışıqların əsas mövzularının Ukrayna və Yaxın Şərqdəki vəziyyət olacağı gözlənilir. Həmçinin qeyd edilir ki, G7 liderləri Rusiya və KXDR-ə qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını müzakirə edə bilərlər.