G7 ölkələri Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı hələlik heç bir qərar qəbul etməyiblər.
APA “Kyodo”-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya maliyyə departamentinin rəhbəri Sunyiti Suzuki bildirib.
“Bu dəfə heç bir qərar verilmədi. Biz müzakirəni davam etdirəcəyik”, – Suzuki vurğulayıb.