- Cəmiyyət

G7 ölkələri: Rusiya atəşkəslə razılaşmasa ona qarşı yeni sanksiyalar hazırlanır

G7 ölkələrinin (Kanada, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya və Yaponiya) xarici işlər nazirləri Rusiya Federasiyasını Ukrayna ilə atəşkəslə razılaşmayacağı təqdirdə yeni sanksiyalarla hədələyiblər.

APA xəbər verir ki, bu barədə G7-nin XİN rəhbərlərinin görüşdən sonra dərc olunan birgə bəyanatında deyilir.

“Biz Rusiyanı bərabər şərtlərlə atəşkəslə razılaşaraq, onu tam şəkildə yerinə yetirməklə qarşılıqlı addım atmağa çağırdıq”, – bəyanatda deyilir.

XİN rəhbərləri atəşkəslə razılaşmadığı təqdirdə Rusiyaya qarşı əlavə tədbirlərin tətbiqi imkanlarını müzakirə ediblər.

Qeyd olunub ki, bura yeni sanksiyalar, neftin qiymətinə məhdudiyyətlər, həmçinin Ukraynaya əlavə dəstək və digər tədbirlər daxildir.

“Bura Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi də daxildir.”, – bəyanatda deyilir.