- Ədəbiyyat

Gözlərin

Gülyaz ƏLİYEVA

Qəm saçımı yolubdur,
Baxça bağım solubdur,
Kül altda qor olubdur,
O közlərim, közlərim.

Bəzən zəhərim oldu,
Bəzən kədərim oldu,
Bəzən qəhərim oldu,
Son sözlərin, sözlərin

Əziyyətlə qalxdığım,
Zirvəsinə çıxdığım,
Düşməyindən qorxduğum
O gözlərin, gözlərin…