Müstəqillik dövründə televiziyadan gözləntilərimiz çox idi.
Öz milli-mənəvi dəyərlərimizin aliliyi qorunacaq!
Tariximizi doğru-dürüst əks etdirəcək samballı tarixi-qəhrəmanlıq filmləri çəkiləcək.
Uşaqlar bizim gələcəyimizdir. Uşaqlıqda qazanılan biliyin, öyrədilən dəyərlərin insanı ömrü boyu tərk etməyəcəyini nəzərə alaraq, tarixi qəhrəmanlarımızdan, milli-mənəvi dəyərlərimizdən bəhs edən, təmiz ana dilində səsləndirilən cizgi filmləri çəkiləcək.
Ən azından radiolarımız Sovet dövrünün yaxşı ənənələrini – “Bulaq” kimi verilişlərin ənənələrini davam və inkişaf etdirəcək.
Teatr sənətimiz Sovet dövründə özünün yüksək inkişaf pilləsində idi, bu inkişafı davam elətdirərək, müstəqil Azərbaycanın teatr sənətini daha da inkişaf elətdirərək, ən azından keçmişdə efirə gedən “Komediyalar aləminə səyahət” verilişindən daha irəli getmiş, səhnə əsərlərindən bəhs edən teatr məktəbi yaradılacaq.
Musiqimizin çox gözəl örnək sənətkarları var idi, onların təcrübəsindən istifadə yolu ilə Azərbaycan musiqisi daha da inkişaf elətdiriləcək.
Televiziya kanalları xalqa xidmət edəcək.
Vətənpərvərlik, ana dili, təhsil təbliğ olunacaq. Televiziya verilişlərinin keyfiyyəti daha da yaxşılaşdırılacaq…
Deyir, sən saydığını say, gör bizim televiziyalar nə sayır..
İllərdir, “Bozbaş Pictures”, “Bu şəhərdə”, “Komedixana” və s. adlar altında arvad paltarı geymiş”kişi”lər xalqın zövqünü korladılar və korlayırlar. Bayağı, şit, ədəbsiz hırıltı…bəli, hırıltı, gülüş yox, illərdir, insanları buna öyrətdilər, düşüncəsiz, hırıldıyan kütlə formalaşdırdılar. Bu cür verilişlərlə “tərbiyə” alanlar üçün xalq, dövlət marağı, milli təəssübkeşlik önəmlidirmi? Önəmli olsaydı, Soçidə KVN yarışmasında ölkəni təmsil edən komanda erməni Rubenin təkidi ilə “Şuşa” adını “Buta” adı ilə əvəz edəcək qədər alçalmazdı. Nə vacidir ki, o adla qalıb çıxış edəsən?! Nəyə görə onların alçaldıcı təklifi ilə razılaşırsan? Şuşa adının şərəfini Azərbaycan əsgəri öz qanı, canı bahasına qoruyub qazanmadımı? Şuşa Azərbaycanın Mədəniyyət mərkəzi adını almadımı? Əgər sən o adı qoruya bilməyəcəksənsə, sənin o adı götürməyə mənəvi haqqın var idimi ki, sonradan onu biabrçı şəkildə dəyişəsən? Sənin orada çıxışının bizim üçün nə önəmi var?!
Azərbaycanı təmsil edən “Şuşa” komandası adını ermənilərin “tələbi” ilə “Buta” olaraq dəyişənlər ermənidən artıq erməni olan KVN -cilər , məncə, qəhrəman Azərbaycan oğullarının dişi və dırnağı ilə azad etdiyi Şuşanı, şəhidlərin ruhunu, qazilərin qürurunu tapdayıblar.
Komandanın adı “Şuşa” olmsa da olar, təki erməni Ruben inciməsin, ona xoş getsin, eləmi?!. Yəqin ki, o KVN-ciləri ora gondərən dövlət qurumunun da bir izahi olacaqdır. Hər haldan bu sıradan bir hadisə deyil…
Bütün bunları “Bozbaş Pictures”, “Bu şəhərdə” səviyyəsinin acı nəticələri sanıram. Bu gün televiziyalarımızın səviyyəsin nə əks elətdirir?
Gəlin televiziya verilişlərinin birində oxunan bir mahnıya diqqət yetirək.
Bu cür mahnını yazana da, oxuyana da, televiziya kanalları vasitəsilə Azərbaycan xalqına çatdıran TV rəhbərliyi və verlişin aparıcısına da əhsən! Vətən müharibəsindən sonra televiziyalarımızda gedən verilişlər bizi çox qürurlandırır. Tamaşaçıları tam aşağılayaq, istədikləri cür hərəkət edirlər! Xalqın qarşısında, milyonlarla auditoriya qarşısında küçə söyüşü oxunmaz!
Mən bu cur kuçə sözlərindən ibarət mahnını ifa efənə də, mahnının sözlərin yazan “şairə” də bir daha əhsən deyirəm. Buyurun mahnının sözləri ilə tanış olun:
Hədlərini aşarlar,
Kəlməbaşı çaşarlar,
Arxamca danışarlar,
Mənim vecimə deyil.
Haqlı düz yolu seçər,
Haqsız olan and içər,
İt hürər karvan keçər,
Mənim vecimə deyil…