Siz Dostoyevskini orjinaldan oxuya bilərsiniz. Amma siz heç vaxt onu bir rusun hiss etdiyi kimi hiss edə bilməzsiniz. Dostoyevski heç vaxt sizə bir rusa olduğu qədər doğma və məhrəm ola bilməz. Özünüzü aldatmayın və heç vaxt siz bur rus ola bilməzsiniz, ən yaxşı halda onları ən yaxşı yamsılamaqdan və öz əslini, kökünü danan, öz anasına, dilinə, adət-ənənəsinə yabançı olmaqdan başqa birisi ola bilməz, ondan o yana gedə bilməzsiniz.
Siz Dostoyevskini orjinaldan oxuya bilərsiniz, amma heç zaman qulağınıza Dədə Qorqudun müdrik səsi gəlməyəcək, ərəb oğlu Məcnun yanğısın, Leylinin iztirablarını hiss etməyəcək, Füzulinin dili ilə onların səsi qəlbinizi titrətməyəcək. “Qaragilə”, “Apardı sellər Saranı”, “Şuşanın dağları” oxunanda qəlbiniz riqqətə gəlməyəcək, bayatılarımızın sözləri gözlərinizi yaşartmayacaq, nisgil, qübar sözlərinin təsirini duymayacaqsınız.
Siz Dostoyevskini orjinaldan oxuya bilərsiniz. Amma siz heç vaxt Vətənin dağlarınının əzəmətini, daşının, quruca torpağının qiymətini bilə bilməzsiniz. Gülünün, çiçəyinin ətrini duya, “Ana dili” kəlməsini mənim qədər sevə bilməzsiniz… Siz Dostoyevskini orjinaldan oxuya bilərsiniz, ancaq Ana Beyit qəbirsanlığında ruhu narahat dolanan, oğlu tərəfindən ürəyindın vurulan, yaylığı bir quşa çevrilın Nayman ananən nələr çəkdiklərini, kədərinin ağırlığını mənim qədər duya, hiss edə bilməzsiniz. Onun: “Sənin atan Donanbaydır…” təlaşını tam mənası ilə anlaya bilməzsiniz…
Buraxın bunları da , varın gedin, Dostoyevskini orijinaldan oxuyun. Buraxın bunları da, hamısını bir orijinaldan Dostoyevskini oxumaq uğruna qurban verin.
Eh…Siz Dostoyevskni orjinaldan oxumaq uğruna nələri-nələri qurban vermisiniz, bir bilsəniz..