- Cəmiyyət, Manşet

Gürcüstanda azərbaycanlılar kəndə Qarabağlılar adının qaytarılmasını tələb edirlər

Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Çanqilari (Qarabağlılar) kəndində gərginlik baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, sakinlər kəndin giriş hissəsində üzərində gürcü və Azərbaycan dillərində “Qarabağlı” adının yazıldığı lövhə quraşdırıblar.

Əraziyə polis cəlb olunub. Sakinlərə bunun qanunsuz olduğu bildirilib və lövhənin sökülməsi tələb edilib.

Sakinlər kəndin tarixi adının “Qarabağlı” olduğunu bildirərək lövhəni götürməkdən imtina ediblər. Lövhəni quraşdıranlardan biri Fazil Əliyev bildirib ki, kəndin əzəli adının qaytarılması ilə bağlı Gürcüstan hökuməti və parlamentə müraciət olunub.