- Mədəniyyət

Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər

Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın paytaxtı Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin direktor müavini Leyla Əliyeva bildirib.

O, qeyd edib ki, Mədəniyyət Muzeyində əl ilə toxunan milli xalçalarımızın yekunu ilə bağlı sərgi təşkil edilib. Layihə Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

L.Əliyevanın sözlərinə görə, bir aylıq müddətdə Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər: “Xüsusilə Qarabağ və Borçalı xalçalarımızın ornamentləri toxunub. Onların da əl işləri bu gün Azərbaycan Mədəniyyət Muzeyində sərgilənib. Muzeydə milli mədəniyyətimiz, musiqimiz yüksək səviyyədə təbliğ edilir”.